"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Vaşinqton Bəyannaməsi ratifikasiya olunmalıdır”-Qüdrət Həsənquliyev

15 Avqust 2025 - 18:05
in MANŞET

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb

FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

Bunu da oxuyun

Maskın atası ruslara heyran olduğunu etiraf etdi

Netanyahunun İrana mesajı: Lazım gələrsə, təkbaşına hücum edəcəyik

El-Nino 50 milyon insanı kəskin aclıqla təhdid edir

– Qüdrət bəy, siyasi ekspertlərin mütləq əksəriyyəti 8 avqustda Vaşinqtonda ABŞ, Ermənistan və Azərbaycan arasında imzalanmış üçtərəfli Bəyannamədən sonra Azərbaycanın Ermənistanda sabitliyin qorunub saxlanılmasında və Paşinyanın sülh prosesini sona çatdırması üçün onun hakimiyyyətdə qalmasında maraqlı olmalı olduğunu söyləyirlər. Siz də bu cür düşünürsünüzsə yekun sülh sazişinin tezliklə imzalanması üçün Azərbaycan nə edə bilər?

– Mən də elə düşünürəm. Hər zaman söyləyirəm ki, 44 günlük savaşdan sonra ermənilər Ermənistanda, azərbaycanlılar Azərbaycanda yaşamalıdır ki, gələcəkdə heç kim etnik zəmində qarşıdurma yarada bilməsin. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində deyilir ki, “Azərbaycan Respublikası Konstitusiyasına, hamılıqla tanınan beynəlxalq hüquq prinsiplərinə və normalarına müvafiq surətdə qanun, adından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün yazılı beynəlxalq müqavilələrinin (müqavilə, saziş, konvensiya, pakt, protokol, məktubların və ya notaların mübadiləsi və başqa adlı beynəlxalq müqavilələr) bağlanması, icrası və ləğv edilməsi qaydalarını müəyyənləşdirir.
Azərbaycan Respublikasının beynəlxalq müqaviləsi, adından asılı olmayaraq, Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bu Qanunda müəyyənləşdirilmiş qaydada yazılı şəkildə bağlanan razılaşmasıdır”.
Bu normanın mətnindən görünür ki, imzalanmış üçtərəfli Bəyannamə necə adlanmasından (adından) asılı olmayaraq, beynəlxalq müqavilədir, həm də dövlətlərarası müqavilə olduğu üçün Milli Məclisdə ratifikasiya olunmalıdır. Ona görə, saziş imzalanandan dərhal sonra mətbuata verdiyim açıqlamada söyləmişdim ki, Bəyannamədə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqlarından və müharibə etməyəcəklərinə dair üzərlərinə öhdəlik götürdüklərindən bu, məzmununa görə ilkin sülh sazişidir. 44 günlük savaşa son qoyan Rusiya, Ermənistan və Azərbaycan arasında 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Birgə Bəyannamə də dövlətlərarası müqavilə idi və həmin müqaviləyə görə (hətta ratifikasiya olunmadan) Rusiya sülhməramlıları Azərbaycana daxil olmuşdu. Vaşinqton Bəyannaməsindən sonra yekun sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiyasını dəyişməsini tələb etmək ölkəmizin maraqları baxımından artıq əvvəlki əhəmiyyətini itirib. Çünki bunun üçün Ermənistanda keçirilməli olan referendum onsuz da həmin ölkədə yaşanan siyasi gərginliyi bir az da artıracaq. Çevik xarici siyasət odur ki, şəraitin dəyişməsi ilə bəzi məsələlərə münasibət də dəyişir. Bu, proseslərə məntiqli və realist yanaşma olardı. Əlbəttə, yekun sülh sazişinin tezliklə imzalanması regiona sülhün gəlməsini istəməyən qüvvələri daha da qıcıqlandıracaq. Amma başqa yolumuz yoxdur, bizə ölkəmizin inkişafı və xarici investisiyalar üçün Ermənistanla sülh, Zəngəzur dəhlizinin (Tramp yolunun) açılması lazımdır. ABŞ öz öhdəliklərinə sadiq olacaqsa, sülhə ən böyük kənar təminat Ermənistan konstitusiyası yox, ABŞ prezidentinin imzasıdır. Sülh sazişini daha təminatlı etmək üçün Rusiya və Türkiyəni də qarantor ölkələr kimi yekun sülh sazişini imzalamağa dəvət edə bilərik. Əminəm ki, onlar bundan imtina etməz. Yoxsa Ermənistan konstitusiyasının necə olması davamlı sülhə təminat verə bilməz. Sülhün əsas təminatı bizim güclü ordumuzun və müttəfiqlərimizin olmasıdır. Paşinyanın sülh prosesini davam etdirməsini istəyiriksə, tezliklə yekun sülh sazişi imzalanmalı, Türkiyə və Azərbaycan Ermənistanla kommunikasiya xətlərini açmalıdır. Bunu edəriksə, Paşinyanın mövqeyi revanşistlər qarşısında Ermənistana sülh gətirən lider kimi xeyli güclənmiş olar. Bunun üçün Milli Məclisin növbədənkənar iclası çağırılmalı, Vaşinqton Bəyannaməsi ratifikasiya olunmalı, yekun sülh sazişinin imzalanmasına Konstitusiyaya uyğun olaraq parlament razılıq verməlidir.

– Aleksey Overçukla Şahin Mustafayevin Moskvada planlaşdırılan görüşü barədə fikirlərinizi də bilmək istərdik…

– Rusiya tərəfinin yaydığı məlumata görə, hökumətlərarası komissiyanın iclası keçiriləcək. Rusiyanın Azərbaycana məxsus sərnişin təyyarəsinin Qroznı üzərində vurulması ilə əlaqədar Azərbaycanın haqlı tələblərini yerinə yetirməməsi, Yekaterinburqda soydaşalrımızın işgəncələrlə öldürülməsi, zorakılığa məruz qalması səbəbəbindən ölkələrimiz arasında müəyyən gərginlik yaşanır və sadə insanlar bundan əziyyət çəkir. Bu tipli görüşlərdə bizi narahat edən bütün məsələlər müzakirə olunmalı, gərginliyin azaldılmasına, etimadlı münasibətlərin bərpasına yol açılmalıdır. Hər şey Rusiyanın necə davranacağından asılıdır. Azərbaycan həmişə region dövlətləri ilə bərabərhüquqlu əməkdaşlığın tərəfdarı kimi çıxış edib.

– Bu gün Trampla Putin arasında keçiriləcək görüşdən gözləntiləriniz nədir?

– Tramp Nobel sülh mükafatı alsın deyə Putin hansısa güzəştlərə gedə bilər. Putin Alyaskaya gedirsə deməli hansısa razılaşmalar artıq var. Atəşin dayandırılması Rusiyanın da maraqlarına cavab verərdi. Müharibənin nəticələri Ukrayna üçün böyük torpaq itkiləri və Ukrayna ilə birlikdə Qərb üçün də ağır məğlubiyyət demək olacaq. Ancaq atəşkəsə nail olunsa, Ukrayna daha ağır məğlubiyyətdən və dövlətçiliyini itirmək təhlükəsindən xilas ola bilər. Bu nöqteyi nəzərdən atəşkəs Ukrayna üçün də uğur sayıla bilər. Allaha dua edək ki, müharibə dayansın. Atəşkəs əldə olunsa regionda söz sahibi olan 4 nüfuzlu siyasi lider olacaq-Putin, Tramp, İlham Əliyev və Ərdoğan.

 
Previous Post

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 2 % azalıb

Next Post

AQTA Rusiyanın istehsalçı şirkətinə qoyduğu məhdudiyyəti aradan qaldırılıb

Bənzər yazılar

Maskın atası ruslara heyran olduğunu etiraf etdi

Maskın atası ruslara heyran olduğunu etiraf etdi

06 Avqust 2026 - 15:00

Sahibkar və amerikalı milyarder İlon Maskın atası Errol Mask Rusiya vətəndaşlarının mehribanlığına və qonaqpərvərliyinə heyran olduğunu bildirib. Elchi.az xəbər verir...

Netanyahunun İrana mesajı: Lazım gələrsə, təkbaşına hücum edəcəyik

Netanyahunun İrana mesajı: Lazım gələrsə, təkbaşına hücum edəcəyik

06 Avqust 2026 - 10:54

İsrail Baş naziri Benyamin Netanyahu, ABŞ və İran arasında danışıqlar davam edərkən, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün...

El-Nino 50 milyon insanı kəskin aclıqla təhdid edir

El-Nino 50 milyon insanı kəskin aclıqla təhdid edir

06 Avqust 2026 - 10:25

Sürətlə inkişaf edən El Nino hava fenomeninin gələn ilin sonuna qədər təxminən 50 milyon insanı kəskin aclığa sürükləyə biləcəyi açıqlanıb....

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistan qarşısında konkret tələb qoymalıdır: yeni hökumət formalaşdı, referendumu elan et!”

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistan qarşısında konkret tələb qoymalıdır: yeni hökumət formalaşdı, referendumu elan et!”

05 Avqust 2026 - 18:40

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Ermənistanda yeni hakimiyyət komandasının və parlamentin formalaşmasından sonra ənənəvi anti-Azərbaycan və...

Next Post

AQTA Rusiyanın istehsalçı şirkətinə qoyduğu məhdudiyyəti aradan qaldırılıb

Pakistanda helikopter qəzaya uğrayıb, ölənlər var

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

07 Avqust 2026 - 15:30
Rəşad Məcid deputatla jurnalistə müraciət etdi: Barışın getsin!

Rəşad Məcid deputatla jurnalistə müraciət etdi: Barışın getsin!

07 Avqust 2026 - 15:14
Rusiya NATO ölkəsinə hücum edə bilər – WSJ

Rusiya NATO ölkəsinə hücum edə bilər – WSJ

07 Avqust 2026 - 15:00
Çimərliyə gedənlərin nəzərinə!

Çimərliyə gedənlərin nəzərinə!

07 Avqust 2026 - 14:49
Ronaldo bu həftəsonu evlənir – Toyun detalları məlum oldu

Ronaldo bu həftəsonu evlənir – Toyun detalları məlum oldu

07 Avqust 2026 - 14:38
Azərbaycan Malayziyaya yeni səfir təyin edib

Azərbaycan Malayziyaya yeni səfir təyin edib

07 Avqust 2026 - 14:29
Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

07 Avqust 2026 - 14:14
Çin ABŞ-ın yeni nüvə strategiyasını şərh etdi

Çin ABŞ-ın yeni nüvə strategiyasını şərh etdi

07 Avqust 2026 - 14:00
Jurnalist vəsiqəsinə görə 20 manatlıq ödəniş ləğv edildi

Jurnalist vəsiqəsinə görə 20 manatlıq ödəniş ləğv edildi

07 Avqust 2026 - 13:53
Media və Yayım Şurası yaradılıb

Media və Yayım Şurası yaradılıb

07 Avqust 2026 - 13:48
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

07 Avqust 2026 - 13:30
Prezident bu dəyişiklikləri təsdiqlədi

Prezident bu dəyişiklikləri təsdiqlədi

07 Avqust 2026 - 13:14
“Tam və qeyd-şərtsiz atəşkəsə ehtiyac var” – Quterreş

“Tam və qeyd-şərtsiz atəşkəsə ehtiyac var” – Quterreş

07 Avqust 2026 - 13:00
Azərbaycanın UEFA-nın reytinqində 26-cı yerdədir

Azərbaycanın UEFA-nın reytinqində 26-cı yerdədir

07 Avqust 2026 - 12:53
Siyasi həqiqətləri gizlədən suallar

Siyasi həqiqətləri gizlədən suallar

07 Avqust 2026 - 12:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.