“Rusiya Xankəndi-Laçın yolu üzərində Azərbaycan ekoloqlarının keçirdiyi aksiyaya həm Azərbaycan tərəfinin, həm də erməni tərəfinin dəfələrlə öz tələblərini irəli sürməklə müraciət etməsindən asılı olmayaraq uzun müddət heç bir reaksiya göstərmədi. Bir aydan çox müddətdən sonra tərəflər arasında görüşün olduğu, Azərbaycan tərəfinin tələblər irəli sürdüyü Lavrov tərəfindən bəyan edildi”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.
Onun sözlərinə görə, Rusiyanın səssizliyi hər iki tərəfi baş-başa buraxıb, onlar arasında dialoq mühitinin olub-olmamasını test etmək və nəticə olmayacağına əmin olduğu üçün onun bölgədə varlığının vacib olduğu gerçəyini həm tərəflərə, həm də dünyaya göstərmək idi ki, keçirdiyi görüşlə də bunu isbat etdi:
“Görüşün nəticəsi olacağı şübhə altında olsa da, təmaslar vacib idi, çünki indiki durum sonsuzluğa qədər davam edə bilməz və hansısa nəticə ilə başa çatmalıdır. Nəticə də Azərbaycanın istəyi kimi olmalıdır, amma Rusiya və erməni tərəfi buna hazırdırmı? Hesab edirəm ki, tələblərin bir hissəsi yerinə yetirilmək şərti ilə razılıq əldə ediləcək. Rusiyanın oyunlarına zidd olan erməni silahlılarının çıxarılması və Ruben Vardanyanın Qarabağı tərk etməsi məsələsi uzanacaq. Əsas gömrük postu və mədənlərin istismarının dayandırılması məsələləri həllini tapacaq”.
Yeganə