Vardanyan “getdi”: Rusiyanın özünü təmizə çıxarmaq “oyunu”…

115

“Ruben Vardanyanın vəzifəsindən azad edilməsi Rusiyanın özünü təmizə çıxarmaq oyunudur”.

Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.

O, qeyd edib ki, Rusiya Azərbaycanın tələbini yerinə yetirirmiş kimi görünmək istəyir:

“Lavrovun Azərbaycana səfəri öncəsi Rusiyanı konstruktiv göstərmək cəhdidir. Vardanyan, ya Nersisyan, heç bir fərqi yoxdur. Rusiya oyununu fərdlər üzərindən qurmur. Burda əsas olan prinsiplərdir. Arayık guya ondan yaxşı ermənidir və ya başqası?”.

A.Qasımovun sözlərinə görə, Qarabağ ermənilərinin əsas istəkləri müstəqillik və ya ən pis halda ona yaxın statusdur:

“Azərbaycanın tərkibində olmaq onlar üçün qaçılmaz olacaqsa, hansıki bu dünya tərəfindən belə qəbul edilir, onda Arayik kimilər Qarabağdan təmizlənməlidir. Bu isə öz axarı ilə praktiki olaraq mümkün deyil. Mütləq antiterror əməliyyatına ehtiyac olacaq. Bu da Rusiya əngəlinı ilişir.

Rusiya növbəti müddət üçün Qarabağda qalmaq üçün Qarabağ ermənilərinə status verilməsinə çalışır. Məsələ ondadır ki, Ermənistanın artıq Azərbaycanın daxili işi hesab olunan Qarabağ məsələsi barədə gələcək müddət üçün qərar vermək hüququ olmayacaq, xüsusən də, sülh müqaviləsi bağlanarsa. Bu durumda Rusiya Qarabağ ermənilərinin buna qərar verməsi üçün tərəf hazırlamaq istəyir ki, Azərbaycan istəməsə belə Qarabağda qalmağa əsası olsun. Müqavilənin şərti bəllidir. Azərbaycan tək bunu istəməsə Rusiya Qarabağdan çıxmalıdır, amma Qarabağ ermənilərinin təhlükəsizliyi bəhanəsi ilə çıxmamağa özünə əsas tapa bilər.
Onda da vəziyyət ciddi olaraq gərginləşər”.

Yeganə