Noyabrın 4-də Artsax Respublikasının prezidenti Arayik Arutyunyan Artsax Respublikasının dövlət naziri Artak Beqlaryanən vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Elchi.az News.am-a istinadən xəbər verir ki, erməni milyarder Ruben Vardanyan dövlət naziri təyin edilib.
Arutyunyanın digər fərmanı ilə Ermənistan Respublikası Prezidentinin “Nazirlərin fəaliyyətinin Artsax Respublikasının dövlət naziri tərəfindən əlaqələndirilməsi haqqında” fərmanına dəyişiklik edilib. Dəyişikliyə əsasən, dövlət naziri aşağıdakı nazirlərin fəaliyyətini əlaqələndirir:
1) Səhiyyə naziri.
2) Ədliyyə naziri.
3) Xarici işlər naziri.
4) Kənd Təsərrüfatı naziri.
5) Təhsil, elm, mədəniyyət və idman naziri.
6) Sosial inkişaf və miqrasiya naziri.
7) Ərazi idarəetmə və infrastrukturlar naziri.
8) Şəhərsalma naziri.
9) Maliyyə və İqtisadiyyat naziri.
Yeganə