Vanq Yi: “Çin Ukrayna böhranının uzanmasını istəmir”

55

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Vanq Yi Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşdə bildirib ki, Çin Ukrayna böhranının uzanmasını və gərginləşməsini istəmir.

Elchi.az xəbər verir ki, bu bəyanat bu gün işini başa vuran Münhen Təhlükəsizlik Konfransı çərçivəsində onların söhbəti zamanı verilib.

Kulebanın fikrincə, Çinin vasitəçilik rolu Ukrayna-Rusiya münaqişəsində çəkindirici rol oynaya bilər. O, bu fikri Çin və Rusiya arasında mövcud münasibətləri nəzərə alaraq bildirib. Çin keçmiş xarici işlər naziri Vanq Yinin daha əvvəl Münhendə dediyi kimi, fevralın sonuna kimi Ukraynadakı münaqişənin siyasi həlli ilə bağlı ölkənin mövqeyini əks etdirən sənəd hazırlayacaq.

Yeganə