Çin Xarici İşlər Naziri Vanq Yi iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Elchi.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
“Xarici işlər naziri Vanq Yi İranın xarici işlər naziri Abbas Əraqçinin xahişi ilə telefon danışığı aparıb”, – deyə açıqlamada bildirilir.
Söhbətdən sonra Vanq Yi İranın milli və sosial sabitliyi qoruyub saxlaya biləcəyinə, qonşularının qanuni maraqlarına diqqət yetirəcəyinə və İslam Respublikasındakı Çin vətəndaşlarının və Çin qurumlarının təhlükəsizliyini təmin edə biləcəyinə əminliyini ifadə edib.
Məryəm





















