"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Valyuta dəyişərkən diqqətli olun – Yeni dollar bəlası

20 Fevral 2018 - 11:24
in İQTİSADİYYAT
FacebookVatsap

Bunu da oxuyun

Bu ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 mlrd. 365 mln. olacağı gözlənilir

Azərbaycan nefti 91 dollara ticarət olunur

Bu günün valyuta məzənnələri

Banklar köhnə dolları satır, amma geri almır

Azərbaycanda vətəndaşların öz ehtiyat pullarının bir hissəsini “yastıq altında” saxladıqları sirr deyil. Bu vəsait həm milli, həm də xarici valyutada (xüsusən dollarda) saxlanılır. Və bu zaman bəzi gözlənilməz sıxıntılar meydana çıxır.

Sputnik Azərbaycan-ın redaksiyasına gələn şikayətdə bildirilir ki, vətəndaş bankdan aldığı dolları sonradan manata çevirməkdə çətinlik çəkib. Şikayətçi Ülkər Abdullayeva iddia edir ki, Azərbaycanda banklar 1993-cü il istehsalı olan 100 dollarlıq əsginası dəyişməkdən imtina edib.

Onun sözlərinə görə, üz tutduğu “NBC bank”, “Express bank”, “Kapitalbank”, “Unibank”, “Bank Respublika” və digərləri vətəndaşlara 1993-cü il istehsalı olan 100 dollarlıq əsginasların ABŞ-da dövriyyədən çıxdığını bəhanə gətirərək onları dəyişməkdən imtina edib.

“Təqribən 1 ay əvvəl Azərbaycan Beynəlxalq Bankı tərəfindən bizə satılmış həmin əskinasları adıçəkilən banklarda dəyişməyə cəhd etdik. Amma banklar qanunsuz olaraq onları dəyişməkdən imtina etdi və bizə bildirildi ki, bu pulu yalnız Beynəlxalq Bankda dəyişə bilərik”, — şikayətçi xanım deyir.

“Bir sözlə, heç bir bank həmin dolları qəbul etmədi. Yalnız Beynəlxalq Bankda həmin yüz dolları yenidən manata çevirə bildik. Yaxşı ki, zamanında bunu etdik. Əks halda, həmin dolları dəyişə bilməzdik. Məsələnin səbəbini araşdırmanızı xahiş edirəm”, — o qeyd edir.

Sputnik Azərbaycan məsələyə aydınlıq gətirmək məqsədilə öncə Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinə şikayətlə bağlı sorğu göndərib. Üzərindən neçə gün keçməsinə baxmayaraq, bankdan sorğumuza cavab verilməyib.

Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətinə göndərdiyimiz sorğuya isə cavab belə olub: “Qeyd olunan məsələ adları çəkilən banklardan ikisi ilə araşdırılıb. Bankların bildirdiyinə əsasən, 1993-cü il emissiyası olan ABŞ dolları əskinasları banklar tərəfindən qəbul edildikdən sonra digər müştərilərə təkrar satıla bilmir. Bunun səbəbi müştərilərin banklardan bu əskinasları götürməməsidir”.

“Bu vəsaitlərin həcmi də çox olmadığından nağd formada xarici ölkəyə daşınması, daşınma xərcləri ilə əlaqədar effektiv deyil. Bundan əlavə, Azərbaycan Respublikasının Mərkəzi Bankı da öz növbəsində banklardan xarici valyuta qəbul etmir. Nəticədə 1993-cü ilin emissiyası olan əskinaslar istifadə edilə bilmədiyi üçün banklarda “ölü” vəsaitə çevrilir. Qeyd olunanlar nəzərə alınaraq, banklar tərəfindən köhnə tarixli emissiya olunmuş əsginaslar qəbul edilmir”, — deyə Palatadan bildirilib.

MBNP-dən o da vurğulanıb ki, mövcud qanunvericilikdə manat pul əskinaslarının banklar tərəfindən qəbul edilmə çərçivəsi müəyyən edilib: “Qanunvericilikdə xarici valyutanın banklar tərəfindən qəbul edilməsi ilə bağlı öhdəlikləri isə müəyyən edilir. Bununla belə, “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması” qaydalarında banklar tərəfindən tədavülə yararlı olan valyutanın buraxılış ilinə, keyfiyyətinə və fiziki xassələrinə görə fərqli komisyon haqlarının müəyyən edilməsinə yol verilmir”.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-ın sualını cavablandıran bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, bizim bankların xarici valyutanı qəbul etmək vəzifəsi yoxdur: “Yəni bank şərt qoya bilər ki, “mən bu ildən sonra çap olunan pulu alıram”. Buna onların hüquqları çatır. Dolların dövriyyədən çıxmasını isə Amerika saytlarından bilmək olar”.

Ekspert “Qəbul etmək vəzifələri olmadığı halda, köhnə əsginasları niyə satırlar?” sualımıza isə ekspert belə cavab verib: “Bu, başqa məsələdir. Amma yenə də bank deyə bilər ki, “satıram, amma almıram”. Çünki qanunda onlara məhdudiyyət qoyulmayıb. Sadəcə qanunda boşluq var. Ona görə də vətəndaşlar xarici valyuta alan zaman diqqətli olmalıdırlar”.

Previous Post

Valyuta dəyişərkən diqqətli olun – Yeni dollar bəlası

Next Post

Sənədlərin MSK-ya təqdim edilməsi başlayır

Bənzər yazılar

Bu ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 mlrd. 365 mln. olacağı gözlənilir

Bu ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 mlrd. 365 mln. olacağı gözlənilir

18 Avqust 2026 - 12:17

2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 756,0...

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti 91 dollara ticarət olunur

18 Avqust 2026 - 09:37

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Elchi.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,24...

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

18 Avqust 2026 - 09:24

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Elchi.az-ın məlumatına görə, avqustun 18-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə...

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızıl və gümüş yenidən ucuzlaşır

18 Avqust 2026 - 09:12

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. Elchi.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun...

Next Post
Sənədlərin MSK-ya təqdim edilməsi başlayır

Sənədlərin MSK-ya təqdim edilməsi başlayır

Sənədlərin MSK-ya təqdim edilməsi başlayır

Sənədlərin MSK-ya təqdim edilməsi başlayır

Son xəbərlər

Sabah hava necə olacaq?

Sabah 37 dərəcə isti olacaq

18 Avqust 2026 - 12:29
Bu ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 mlrd. 365 mln. olacağı gözlənilir

Bu ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 mlrd. 365 mln. olacağı gözlənilir

18 Avqust 2026 - 12:17
Baş nazir qərar imzaladı

Müdafiə Nazirliyinin mülki işçilərinin əməyinin ödənilməsi qaydası təsdiqləndi

18 Avqust 2026 - 12:08
Toqquşma həddində üç super nəhəng qara dəlik kəşf edildi

Toqquşma həddində üç super nəhəng qara dəlik kəşf edildi

18 Avqust 2026 - 11:55
İraqın Kürdüstan bölgəsindəki yanacaq anbarında yanğın: 20 yaralı

İraqın Kürdüstan bölgəsindəki yanacaq anbarında yanğın: 20 yaralı

18 Avqust 2026 - 11:49
Venesuelada iki zəlzələ nəticəsində ölənlərin sayı 6438-ə çatıb

Venesuelada iki zəlzələ nəticəsində ölənlərin sayı 6438-ə çatıb

18 Avqust 2026 - 11:34
İdlibdə hərbi hava limanına 4 hava zərbəsi endirildi

İdlibdə hərbi hava limanına 4 hava zərbəsi endirildi

18 Avqust 2026 - 11:25
Rusiyadan İngiltərəyə PUA təhdidi: Nəticələri olacaq

Rusiyadan İngiltərəyə PUA təhdidi: Nəticələri olacaq

18 Avqust 2026 - 11:17
FHN silsilə maarifləndirmə tədbirləri keçirib

FHN silsilə maarifləndirmə tədbirləri keçirib

18 Avqust 2026 - 11:09
ABŞ-İran gərginliyindəki son inkişaflar: Tehran hücum mövqeyinə keçir

ABŞ-İran gərginliyindəki son inkişaflar: Tehran hücum mövqeyinə keçir

18 Avqust 2026 - 10:46
Claude süni intellekti mətnlərə gizli su nişanı əlavə edəcək

Claude süni intellekti mətnlərə gizli su nişanı əlavə edəcək

18 Avqust 2026 - 10:35
Ferrari-nin ilk elektrikli avtomobili 40 milyon dollara satıldı

Ferrari-nin ilk elektrikli avtomobili 40 milyon dollara satıldı

18 Avqust 2026 - 10:23
Tovuzda avtomobil su kanalına düşüb, 2 nəfər ölüb – FOTO – YENİLƏNİB

Tovuzda avtomobil su kanalına düşüb, 2 nəfər ölüb – FOTO – YENİLƏNİB

18 Avqust 2026 - 10:11
DİM bu imtahanın nəticələrini elan etdi

İndiyə qədər 70 minə yaxın abituriyent ixtisas seçimini təsdiqləyib

18 Avqust 2026 - 10:00
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub

Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub

18 Avqust 2026 - 09:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.