Valeriy Meladzenin Bakı konserti təxirə salındı- SƏBƏB

181
SHARES
317
VIEWS

>

Rusiyanın estrada mügənnisi Valeriy Meladzenin 4-5 may tarixlərində Bakıda keçirəcəyi konsertlərdən biri təxirə salınıb.

Bunu da oxuyun

Heydər Əliyev sarayında baş tutmalı olan konsertlərdən birinin təxirə salınmasına səbəb Meladzenin musiqi yarışmalarından birində çəkilməsi ilə bağlıdır. Belə ki, Valeriy Meladze həmin yarışda münsif qismində çıxış edir.

Bununla əlaqədar Meladze konsertin təşkilatçısı olan şirkətlə əlaqə saxlayaraq ancaq 5 may tarixində konsert verə biləcəyini açıqlayıb.

Konsert təşkilatçıları həmin tarixə bilet alan şəxslərin biletlərini 4 may tarixinə dəyişə və ya Heydər Əliyev sarayının kassalarına geri qaytara biləcəklərini açıqlayıb.

Bənzər yazılar

Next Post

Son xəbərlər