Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1839 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elchi.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 314, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 172, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1113, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 240 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 827 603, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 368 294, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 790, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 344 797, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 255 722 nəfər təşkil edir.