Vəzifəli şəxsin intihar səbəbi bəlli oldu

181
SHARES
317
VIEWS

Bunu da oxuyun

Vəzifəli şəxsin intihar səbəbi bəlli oldu

Qoxmuq kənd icra nümayəndəsi İlqar Həsənov kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun intiharı barədə danışıb.

Ölkə.az-ın verdiyi məlumata görə, icra nümayəndəsi mərhumun borcunun olduğunu açıqlayıb: “İnsan kimi insan, yoldaş kimi yoldaş idi. Ağlımıza gəlməyən vəziyyətdir, şokdayıq. Amma axırıncı axşam atasına deyib ki, bir az borcum var. Günün yetmiş faizini bir yerdə olmuşuq. Bunun ora-bura çıxmağı da olmurdu. Ancaq borcun məbləğindən xəbərimiz yoxdur”.

Xatırladaq ki, Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyitinin kənd ərazisindəki köhnə tikilidə asılmış vəziyyətdə tapıldığı bildirilir. 1971-ci il təvəllüdlü F. Rüstəmov evli olub, iki övladı var.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Bənzər yazılar

Next Post

Son xəbərlər