"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Vətən müharibəsi iştirakçılarının məşğulluğu problemləri araşdırılıb

20 Aprel 2023 - 11:32
in İQTİSADİYYAT
FacebookVatsap

Müsahibimiz Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri Rəsmiyyə Abdullayevadır

Bunu da oxuyun

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

– Rəsmiyyə xanım, rəhbərlik etdiyiniz Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi “Müharibə iştirakçılarının məşğulluq imkanlarının yaxşılaşdırılması istiqamətində təklif və tövsiyələrin hazırlanması” adlı layihə icra edir. Bu layihə ilə bağlı oxucularımıza ətraflı məlumat verməyinizi istərdik.
– Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi “Müharibə iştirakçılarının məşğulluq imkanlarının yaxşılaşdırılması istiqamətində təklif və tövsiyələrin hazırlanması” layihəsini Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” layihələrinin maliyyələşdirilməsi üzrə qrant müsabiqəsi çərçivəsində icra edir. Bu, tədqiqat layihəsidir. Layihə çərçivəsində tədqiqat qrupumuz “Vətən müharibəsi iştirakçılarının məşğulluğu” adlı kitab araya-ərsəyə gətirib.
– Bu mövzuda kitab yazmaq ideyası necə yarandı?
– Biz, şanlı Zəfərimizi Vətən müharibəsi iştirakçılarına borcluyuq! Onlar bizim üçün vuruşublar. İşğal altında olan torpaqlarımızın hər qarışını canları, qanları bahasına azad ediblər. Onların hər biri qəhrəmandır. Bizim də vəzifəmiz onların sosial müdafiəsinin gücləndirilməsi olmalıdır. Sosial müdafiənin gücləndirilməsinin əsas üsullarından biri də məşğulluq imkanlarının genişləndirilməsidir. Biz tədqiqatçıyıq. Odur ki, Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı verə biləcəyimiz töhfə tədqiqatdır. Bu səbəbdən də, belə bir mövzuda kitab yazmaq qərarına gəldik. Bir tədqiqat qrupu formalaşdırdıq.
– Tədqiqat qrupuna kimlər daxil idi?
– Tədqiqat qrupumuza tanınmış iqtisadçı alimlər – iqtisad elmləri doktoru, professor Nazim İmanov və iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov daxil idilər. Düşünürəm ki, çox gözəl bir tədqiqat aparmışıq. Ölkəmizdə Vətən müharibəsi iştirakçılarının məşğulluğunun mövcud vəziyyəti təhlil edilib, bu sahədə müvafiq qanunvericilik bazası qiymətləndirilib. Bunlarla yanaşı, bir sıra ölkələrin (ABŞ, Koreya, Böyük Britaniya və s.) bu sahə üzrə təcrübəsi öyrənilib və Vətən müharibəsi iştirakçılarının məşğulluğunun yaxşılaşdırılması istiqamətində müvafiq təkliflər verilib.
– Vətən müharibəsi iştirakçılarının məşğulluğunun mövcud vəziyyəti necədir?
– Ölkəmizdə son illərdə Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, habelə məşğulluq səviyyəsinin yüksəldilməsi ilə bağlı hökumət tərəfindən bir sıra islahatlar aparılıb və bu sahədəki vəziyyət əvvəlki illərlə müqayisədə yaxşılaşdırılıb. Bunu tədqiqat çərçivəsində apardığımız sorğunun nəticələri də isbatlayır. Hazırda Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi dövlətin sosial siyasətinin prioritetlərindəndir. Lakin Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluq imkanlarının yaxşılaşdırılması üçün bir sıra islahatların aparılmasına, görülən tədbirlərin genişləndirilməsinə ehtiyac vardır.
– Siz Vətən müharibəsi iştirakçılarının məşğulluğunun mövcud vəziyyətinin öyrənilməsi ilə bağlı sorğu keçirdiyinizi qeyd etdiniz. Sorğunun nəticələri nəyi göstərir?
– Qeyd edim ki, Vətən müharibəsi iştirakçılarının məşğulluğu ilə bağlı statistik məlumatların əksəriyyəti əlçatan deyil. Odur ki, Vətən müharibəsi iştirakçılarının məşğulluğunun mövcud vəziyyətini qiymətləndirməkdən ötrü sorğu keçirməli olduq. Nəticələrə görə, sorğuda iştirak edən müharibə iştirakçılarının 53,7%-i işlədiyini, 46,3%-i isə işləmədiyini bildirib. Sorğuda iştirak edən və işləyən Vətən müharibəsi iştirakçılarının çoxu (50,9%-i) dövlət sektorunda, 39,6%-i isə özəl sektorda çalışır. İşləyən respondentlərin 9,5%-i özünüməşğul olduğunu qeyd edib. Sorğuda iştirak edən və işləyən Vətən müharibəsi iştirakçılarının işlərindən məmnuniyyət səviyyəsi ilə bağlı suala respondentlərin 50%-i “razı olduğunu”, 31%-i “qismən razı olduğunu”, 19%-i isə “hazırkı işindən razı olmadığını” bildirib. Göründüyü kimi, sorğuda iştirak edən və işləyən Vətən müharibəsi iştirakçılarının böyük əksəriyyəti işindən razıdır. Bu da, son illərdə dövlətin Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsi, onların məşğulluq imkanlarının yaxşılaşdırılması ilə bağlı apardığı siyasətin nəticəsidir. İşindən razı olmayan respondentlərə “Necə iş istərdiniz?” sualı verilib. Bu sualı cavablandıranların 41,8%-i “daha yüksək gəliri olan”, 40,3%-i “daha yaxşı iş mühiti olan”, 17,9%-i isə “digər” variantını seçib. Respondentlərin işləməməsinin səbəblərini araşdırmaq üçün onlara “Niyə işləmirsiniz?” sualı ünvanlanıb. Bu sualı cavablandıran respondentlərin ən çoxu (30%-i) “səhhətinin imkan vermədiyini” bildirib. Bu da təbiidir, çünki müharibə iştirakçılarının çoxu döyüşlər vaxtı sağlamlıqlarını bu və ya digər dərəcədə itiriblər. 28% “uyğun iş tapa bilmədiyini” qeyd etmişdir. Uyğun iş tapa bilməməyin səbəbləri arasında “sağlamlıq imkanlarının məhdud olması” əsas amildir. Respondentlərin 16%-i “əlilliyi olan şəxslərin işləməsi üçün müvafiq infrastrukturun olmadığını” qeyd edib. “Hansı sektorda işləmək istərdiniz?” sualına respondentlərin 48,5%-i “dövlət sektorunda”, 42,4%-i “şəxsi biznesini qurmaq istədiyini”, 9,1%-i isə “özəl sektorda” çalışmaq istədiyini bildirib.
– Vətən müharibəsi iştirakçılarının məşğulluğunun tənzimlənməsi ilə bağlı mövcud qanunvericilik bazasını necə qiymətləndirirsiniz?
– Qeyd edim ki, Azərbaycanda Vətən müharibəsi iştirakçılarının sosial və hüquqi müdafiəsinin təmin edilməsi ilə bağlı (birinci Qarabağ savaşından dərhal sonra) “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu Qanun, BMT Baş Məclisinin 1992-ci il dekabrın 3-ündə keçirilən 46-cı sessiyasının qəbul etdiyi prinsiplərə əsaslanaraq hazırlanıb. Qanunda müharibə (Böyük Vətən müharibəsi (1941-1945-ci illər), Əfqanıstan müharibəsi, Vətən müharibəsi və s.), silahlı qüvvələr, daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanları veteranlarının statusu məsələsi öz əksini tapıb. Bu qanun ümumilikdə veteranlar barəsində Azərbaycanda dövlət siyasətinin əsaslarını təşkil edir və baza qanun hesab olunur. “Veteranlar haqqında” qanun, veteranların statusunu, onlara verilən güzəştlərin əsas prinsiplərini, veteranların öz fiziki imkanlarından asılı olaraq cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməsi üçün təminatları müəyyənləşdirir, habelə veteran təşkilatlarının fəaliyyət sahəsini tənzimləyir. Adı çəkilən qanunda veteranların məşğulluğunun təmin olunması ilə bağlı müddəalar da yer almışdır. Əmək Məcəlləsində də işləyən müharibə iştirakçıları üçün müəyyən güzəştlər nəzərdə tutulub. Aparılan araşdırmalar göstərir ki, müharibə iştirakçılarının sosial müdafiəsi ilə bağlı qəbul edilən qanunların, normativ-hüquqi sənədlərin sosial ədalət prinsipinə uyğun olması xüsusi əhəmiyyət kəsb edir. Sosial ədalət prinsipləri pozulduqda qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yaranır.
– Vətən müharibəsi iştirakçılarının məşğulluğunu necə yaxşılaşdırmaq olar?
– Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluq imkanlarının yaxşılaşdırılması üçün bir sıra islahatların aparılmasına, görülən tədbirlərin genişləndirilməsinə zərurət vardır. Fikrimizcə, müharibə iştirakçılarının məşğulluğu ilə bağlı beynəlxalq təcrübənin dərindən araşdırılması və ölkəmizdə tətbiq edilməsi ilə mümkün olan optimal model işlənilib hazırlanmalıdır. Vətən müharibəsi iştirakçılarının məşğulluğu ilə bağlı qanunvericilik bazasında müvafiq dəyişikliklər edilməlidir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa Vətən müharibəsi iştirakçılarının (şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlar da daxil olmaqla) məşğulluğunun təmin olunması ilə bağlı ayrıca maddə daxil edilməlidir. “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nda Vətən müharibəsi iştirakçıları, habelə müharibə ilə əlaqədar əlilliyi olanlarla bağlı müddəalar təsbit olunmalıdır. Bunlardan başqa, Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, habelə məşğulluq imkanlarının yaxşılaşdırılması üçün xüsusi Dövlət Proqramının hazırlanmasını məqəsədə uyğun hesab edirik. Vətən müharibəsi iştirakçılarının məşğulluq imkanlarının genişləndirilməsi ilə bağlı maarifləndirmə işi aparılmalı, onların əmək bazarının tələblərinə uyğun olaraq yenidən hazırlanması imkanları və istiqamətləri müəyyənləşdirilməli, habelə müharibə ilə əlaqədar əlilliyi olanların bilik və bacarıqlarının üzə çıxarılması tədbirləri görülməli, onların məşğulluq imkanlarının yaxşılaşdırılması üçün dövlət-özəl əməkdaşlığı gücləndirilməlidir. Özəl sektorda Vətən müharibəsi iştirakçılarını işə götürən sahibkarlar üçün təşviq mexanizmi hazırlanmalı (vergi güzəştləri, subsidiyalar və dövlət satınalmalarında müəyyən üstünlüklərin verilməsi), Vətən müharibəsi iştirakçılarının şəxsi biznesini qurmaları üçün stimullaşdırıcı mexanizm hazırlanmalı, maliyyə yardımı göstərilməli, onlar arasında sosial sahibkarlıq inkişaf etdirilməlidir.
– Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Mahir Zeynalov

Previous Post

Vətən müharibəsi iştirakçılarının məşğulluğu problemləri araşdırılıb

Next Post

Arutyunyan qızına Xankəndidə toy etdi

Bənzər yazılar

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

20 Oktyabr 2026 - 19:05

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 24 və 25 oktyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar...

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

20 Oktyabr 2026 - 17:59

“Brent” markalı xam neftin qiyməti son 5 ayın ən yüksək səviyyəsinə çatıb. Elchi.az xəbər verir ki, “Brent”in qiyməti may ayından...

“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

20 Oktyabr 2026 - 16:57

“AzerGold” QSC ilə Asiya İnkişaf Bankı (AİB) arasında dağ-mədən sənayesi və kritik mineralların hasilatı və emalı sahələrində əməkdaşlıq imkanları müzakirə...

“Şərqi Azəri” platformasından hasil olunan neftin həcmi açıqlanıb

“Şərqi Azəri” platformasından hasil olunan neftin həcmi açıqlanıb

20 Oktyabr 2026 - 15:44

“Şərqi Azəri” platformasından indiyədək 645 milyon bareldən (87 milyon ton) çox neft hasil edilib. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post
Arutyunyan qızına Xankəndidə toy etdi

Arutyunyan qızına Xankəndidə toy etdi

Arutyunyan qızına Xankəndidə toy etdi

Arutyunyan qızına Xankəndidə toy etdi

Son xəbərlər

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

20 Oktyabr 2026 - 23:38
Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

20 Oktyabr 2026 - 21:51
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 21:49
Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

20 Oktyabr 2026 - 21:47
Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

20 Oktyabr 2026 - 21:39
Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

20 Oktyabr 2026 - 20:06
SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

20 Oktyabr 2026 - 20:00
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

20 Oktyabr 2026 - 19:59
“Qarabağ” və “Neftçi” cərimə edildi

“Qarabağ” və “Neftçi” cərimə edildi

20 Oktyabr 2026 - 19:26
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

20 Oktyabr 2026 - 19:05
Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

20 Oktyabr 2026 - 18:46
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

20 Oktyabr 2026 - 18:34
Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

20 Oktyabr 2026 - 18:21
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

20 Oktyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.