"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Vətən müharibəsinin üzərindən iki il keçir: Ermənistan nəticə çıxarıbmı?

27 Sentyabr 2022 - 20:13
in GÜNDƏM
FacebookVatsap

“Bu gün İkinci Qarabağ müharibəsinin başlanmasının üzərindən iki il keçir. 2020-ci ilin sentyabrın 27- də Ermənistanın davam edən təxribatlarına cavab olaraq Azərbaycan ordusu əks- hücum əməliyyatlarına başladı. Bir çox ekspertin düşündüyü kimi, əslində düşmənin o vaxt bir neçə ay əvvəl törətdiyi Tovuz təxribatı bu əks- hücuma zəmin yaratmışdı”.

Bunu da oxuyun

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

Vasif Talıbov YAP-dan çıxarılır

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Kənan Novruzov FB hesabında qeyd edib:

“Savaşın ilk günündən etibarən Azərbaycan Silahlı Qüvvələri üstünlüyü ələ aldı. Yaşayış məntəqələrini ard- arda azad etdik, qarşı tərəf həm şəxsi heyət, həm də texnika baxımından ciddi itkilərə məruz qaldı.
44 günlük döyüşlər zamanı Azərbaycan və Ermənistan daxilində durum tamamilə fərqli idi. Azərbaycanda daxili həmrəylik var idi. Oğullar səfərbərlik idarələrinə müraciət edir, könüllü şəkildə döyüşlərdə iştirak etmək istəyirdilər. Ermənistanda isə aksiyaların ardı – arası kəsilmirdi. Qarşı tərəfin ordusunda yüzlərlə fərari var idi. Çünki Ermənistandan fərqli olaraq biz nəyin uğrunda mübarizə apardığımızı bilirdik. Ermənistan cəmiyyətinin böyük bir hissəsi isə saxta tarixdən, yalançı iddialardan bezmişdi. Elə ona görə də ana- atalar oğullarını cəbhəyə göndərmək istəmirdi.
Savaş dönəmində biz həm də dost və düşmənlərimizi tanıdıq. Türkiyə, Pakistan, İsrail həmişə olduğu kimi, yenə də yanımızda idi. Cənub qonşumuz İran müsəlmanlıq əqidəsinə zidd olaraq Ermənistanı dəstəkləyir, bu ölkəyə silah daşınmasına imkan verirdi. Rəsmi Tehranın müharibə zamanı dəfələrlə səsləndirdiyi bəyanatlar da bu dövlətin ikiüzlülüyünü göstərirdi. Əlbəttə, İran savaşda qalib gəlməyimizi istəmirdi. Çünki bu, İran daxilindəki azərbaycanlıların ayağa qalxmasına şərait yarada bilərdi. Tehran bundan narahat idi.
Rusiya, demək olar, müharibənin sonuna kimi neytrallığını qorudu. Bu, Azərbaycanın diplomatik uğuru kimi qiymətləndirilməlidir. Çünki biz əks- hücum əməliyyatlarına başlamaq üçün uğurlu vaxt seçmişdik. Həmin vaxtlarda Moskva İrəvanı cəzalandırmaq istəyirdi. Elə buna görə də qismən səssiz idi.
Lakin müharibənin son günlərində durum dəyişdi. Azərbaycan ordusunun uğurla irəlilədiyini görən Rusiya dözə bilmədi. Şuşaya “İsgəndər” raketləri atıldı. Bəziləri bu silahların Rusiyadan, bəziləri isə Ermənistandan atıldığını iddia etdilər. Ancaq məsələ orasındadır ki, Ermənistan ordusunun arsenalında “İsgəndər” yoxdur. Deməli, raketlər Ermənistan ərazisindən atılmışdısa belə, həmin silahları Rusiya for- postina vermişdi. Təəssüf ki, bu məsələ müəmma olaraq qaldı. Moskva məsələyə birmənalı, konkret münasibət göstərməkdən boyun qaçırdı.
Şuşa azad olunan gün, noyabrın 7- də Bakıya raket atıldı. Əlbəttə, bu da Rusiyanın əməli idi. Kreml Şuşanı azad edə biləcəyimizi düşünmürdü…
Noyabrın 9,10- da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli bəyanat imzaladılar. Bu, Ermənistanın kapitulyasiya sənədi idi. Həmin razılaşmaya əsasən erməni terrorçularının Qarabağdan çıxarılmasına paralel olaraq rus sülhməramlı hərbçiləri əraziyə daxil olmalı idi. Sülhməramlılar çox qısa müddət ərzində Qarabağda məskunlaşdılar. Lakin terrorçular hələ də torpaqlarımızdadırlar.
İkinci Qarabağ müharibəsi zamanı biz həm də informasiya cəbhəsində uğurlu mübarizə aparırdıq. Prezident, Ali Baş Komandan İlham Əliyevin xarici KiV- ə verdiyi müsahibələrdə Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə aydın və konkret formada çatdırılırdı. Dövlər başçısı fərqli jurnalistlərin müxtəlif təxribatçı suallarına tutarlı cavablar verirdi. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq ictimai rəydə Azərbaycanın xeyrinə dəyişiklik oldu. Bir sıra ölkələr artıq bizimlə hesablaşmağa başladılar. Əlbəttə, bu uğurda Prezident İlham Əliyevin şəxsən rəhbərlik etdiyi informasiya mübadiləsinin mühüm rolu var idi.
Şuşanın azad olunması Azərbaycan hərb tarixinə yenilik gətirdi. Bu gün bir çox hərbi məktəblərdə Şuşa əməliyyatının sirləri öyrənilir.
Rəsmi Bakı Vətən savaşında həm hərbi, həm diplomatik cəhətdən qələbə qazandı. Eyni zamanda biz informasiya cəbhəsində düşmən hücumlarını dəf etdik.
44 günlük müharibədəki qələbəmiz nəticəsində birincisi, ərazi bütövlüyümüzü təmin etdik. İkincisi, 30 illik psixoloji travmaya son qoyuldu. Üçüncüsü, düşmənə sağalmaz zərbə vuruldu. Dördüncüsü, beynəlxalq ictimaiyyət maraqlarımızla hesablaşmağa başladı. Beşincisi, biz Minsk Qrupunun nəyəsə lazım olmadığını sübut etdik.
Ermənistan İkinci Qarabağ müharibəsində ciddi zərbə almasına rəğmən, bu günədək təxribatlarını davam etdirir. Üstəgəl, üçtərəfli sazişlərin şərtlərinə əməl edilmir. İndiyədək nə erməni terrorçuları Qarabağdan çıxarılıb, nə minalı ərazilərin xəritəsi verilib, nə də sərhədlər müəyyənləşib. Bu azmış kimi İrəvan rəsmiləri revanşist bəyanatlar səsləndirir və bəzi dünya dövlətləri hələ də Ermənistandan maşa kimi istifadə etməyə çalışırlar.
Əgər belə davam edərsə, növbəti “Dəmir Yumruğun” havaya qalxması, beləliklə, həm Ermənistana, həm də beynəlxalq ictimaiyyətin qərəzli kəsiminə növbəti dəfə dərs verilməsi qətiyyən istisna deyil”.

Şayəstə

Previous Post

Vətən müharibəsinin üzərindən iki il keçir: Ermənistan nəticə çıxarıbmı?

Next Post

“Qafqazda stereotiplərin sındırılmasına sentyabrın 27-də başlandı”-Deputat

Bənzər yazılar

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

02 Oktyabr 2026 - 14:51

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ın VII qurultayından sonrakı dövrdə fəaliyyəti barədə hesabat...

Vasif Talıbov YAP-dan çıxarılır

Vasif Talıbov YAP-dan çıxarılır

02 Oktyabr 2026 - 14:21

Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyasının qurultayı keçirilir. Elchi.az Teleqraf-a istinadla xəbər verir ki, qurultayda Naxçıvan Muxtar...

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

02 Oktyabr 2026 - 13:34

Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır. Elchi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII...

Bakıda AQEM Media Forumu keçirilir

Bakıda AQEM Media Forumu keçirilir

01 Oktyabr 2026 - 10:10

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir....

Next Post
“Qafqazda stereotiplərin sındırılmasına sentyabrın 27-də başlandı”-Deputat

"Qafqazda stereotiplərin sındırılmasına sentyabrın 27-də başlandı"-Deputat

“Qafqazda stereotiplərin sındırılmasına sentyabrın 27-də başlandı”-Deputat

"Qafqazda stereotiplərin sındırılmasına sentyabrın 27-də başlandı"-Deputat

Son xəbərlər

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.