“27 Sentyabr bizim üçün sadəcə anım günü deyil. Bu, tarixin Azərbaycanın və azərbaycanlıların əleyhinə yönələn 200 illik gərdişinin lehimizə dəyişməsinin himinin qoyulduğu gündür”.
Elchi.az xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev FB hesabında qeyd edib:
“Ədalətsizlik, ancaq bir neçə seçilmiş dövlətin maraqlarının təmini üzərində qurulan beynəlxalq konyuktruranın ən azından Qafqazda stereotiplərinin sındırılmasına da məhz sentyabrın 27-də başlandı”.
Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliev bütün risqləri göz önünə alaraq arxasında ondan geosiyasi alət kimi faydalanan böyük güclərin durduğu işğalçıya qarşı ölüm-dirim savaşı aparmaqla sayın Ərdoğanın təbirincə desək, dünyanın beşdən böyük olduğunu əməldə təsdiqlədi bu gün.
Çağdaş dünya tarixində ilk dəfə idi ki, seçilmiş güclülərdən sayılmayan bir dövlət BMT-nin məhz həmən seçilmişlərin çoxunun geosiyasi marağına cavab verdiyi üçün yerinə yetirilməyən 4 qətnamasini özü təkbaşına reallaşdırmağa atıldı və onu bacardı.
İki il öncə bu gün sıradan döyüşlər getmədi. Bu, 21-ci əsrdə PUA-ların artilleriya ilə əlaqəli, sinxron şəkildə geniş tətbqinin baş verdiyi ilk savaş idi.
Bu savaşda təkcə hayların istehkamları, özləri, orduları və diasporları haqda mif darmadağın edilmədi. Həm də onları ən çağdaş izləmə sisetemi(ABŞ)ndən tutmuş S-300 və “İsgəndər M” zenit-raket kompleksi(Rusiya)nədək hər şeylə təmin edən böyük güclərin sözündən çıxmağın, iradələrindən kənar hərəkətin mümkünsülzlüyü haqda daşlaşmış ehkamlar çökdü. Yeri gəlmişkən, bəzi çevrələrin bizim qələbəni həzm etmək istəməmələrinin arxasında həm də bu durur.
Ona görə də 27 Sentyabr Azərbaycanın cəsarəti, əzmi ilə dünyanı heyrətləndirməyə başladığı gündür. Bu gün göstərdi ki, Qafqazda 7-dən 77-yə hər bir təmsiçisi-körpəsi də, yeniyetməsi də, gənci də, yetkini də, yaşlısı da, qızı da, qadını da özünü əsgər hiss edən, əsgər kimi aparan ləyaqətli bir xalq var.
Bu, artıq xalq da yox, tək sözdə deyil, əməldə də müstəqil bir dövlətin bütün yükünü çiynində daşımağa hazır olan, ona qüdrəti çatan millətdir.
Şəhidlərimizin ruhları qarşısında baş əyir, millətimlə qürur duyuram!”.
Şayəstə