ÜST daşıdığı çoxlu mutasiyaları əsas gətirərək Kovid-19-un “BA.2.86” variantının statusunu “müşahidə altında olan variant” olaraq yeniləyib.
Elchi.az xəbər verir ki, Kovid-19-un “BA.2.86” variantı ilə bağlı ÜST-dən yazılı açıqlama verilib.
Açıqlamada, “ÜST Covid-19-un BA.2.86 variantını daşıdığı çox sayda mutasiyaya görə “müşahidə altında olan variant” olaraq təyin edib. İndiyə qədər bir neçə ölkədən variantın yalnız bir neçə nümunəsi bildirilmişdir.
Açıqlamada o da bildirilib ki, ÜST hazırda 3 “izləməli” və 7 “müşahidə altında” Kovid-19 variantını izləyir.
ÜST avqustun 9-da Eris variantı ilə bağlı hesabat dərc edib.
Mövcud sübutlara əsasən, Erisin yaratdığı ictimai sağlamlıq riski, digər mövcud Covid-19 variantları üçün risk kimi “qlobal miqyasda aşağı” kimi qiymətləndirilib.
Erisin xüsusiyyətlərindən asılı olaraq qlobal miqyasda yayıla və hadisələrin artmasına səbəb ola biləcəyi də qeyd edilib.
Nuranə Məmmədova