"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

Uşağı diri-diri gömən bağça

30 Yanvar 2015 - 15:02
in SOSİAL
FacebookVatsap

22Ölkədə uşaqların cəmi 13,3 faizi bağça ilə təmin olunur

Bunu da oxuyun

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Son vaxtlar paytaxta əhalinin sayının artması uşaq bağçalarına və körpələr evinə tələbatı artırıb. Çoxsaylı müraciətlərdə sakinlər uşaqlarını bağçalara qoymaqda çətinlik çəkdiklərini bildirir, yerin çatışmazlığından və qiymətlərin baha olmasından şikayətlənirlər. Hazırda paytaxtda bu problemin həlli üçün dövlət və özəl uşaq bağçalarının, körpələr evinin tikintisinə, sayının artırılmasına ehtiyac duyulur.

Ölkə prezidenti də bir neçə gün əvvəl keçirdiyi müşavirədə deyib ki, bu il məktəblərin tikintisi və təmiri nəzərdə tutulur. Tibb ocaqlarının, idman qurğularının, xüsusilə uşaq bağçalarının tikintisi son illərdə Azərbaycanda geniş vüsət alıb. Bu proses davam etdirilməlidir. Çünki işsizliyin aradan qaldırılması nəticəsində indi ailədə hər iki valideyn işlə təmin olunur. Belə olan halda uşaq bağçalarının sayının artırılmasına çox böyük ehtiyac var. Bizdə demoqrafik vəziyyət müsbətdir, əhali artır, artıq əhalimiz 10 milyona yaxınlaşır.

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İB-nin sədri Nailə İsmayılova ANS PRESS-ə bildirib ki, həqiqətən Bakı şəhərində uşaq bağçalarında yerlərin sayı məktəbəqədər uşaqların sayına nisbətən məhduddur. Bağçaların sayına gəlincə, əslində, indi özəl bağçaları da nəzərə alsaq, bu say yüksələn istiqamətdədir. Sadəcə, əhalinin əksər hissəsi sosial durumlarına görə uşaqlarını dövlət bağçalarında tərbiyə almalarına daha çox üstünlük verirlər. Bu da dövlət bağçalarının pulsuz və ya az məbləğdə vəsait tələb olunduğundan irəli gəlir.

Onun sözlərinə görə, bu sahədə köklü islahatların aparılmasına ehtiyac var və bu islahatlar aparılarkən əhalinin əksər hissəsinin sosial vəziyyət mütləq nəzərə alınmalıdır. Digər bir ciddi məsələ də ondan ibarətdir ki, yeni salınan yaşayış massivlərində də bağça infrastrukturunun nəzərə alınması vacib məsələlərdəndir.

Parlamentin deputatı Əli Məsimli Bakıda uşaq bağçalarının çatışmazlığı probleminin olduğunu, bununla bağlı tədbirlər görülməsinin vacibliyini söyləyib: “Təbii ki, bu məsələ Milli Məclisdə cari məsələ kimi hansısa deputat tərəfindən qaldırıla bilər. Amma bunun həlli ilə parlament yox, əlaqədar hökumət qurumları məşğul olmalıdır. Çıxış yolu odur ki, hər kəs qanuna əməl edib, üzərinə düşən vəzifəni yerinə yetirməlidir.”

Uşaq hüquq müdafiəçilərinin fikrincə, dövlət bu problemin həlli üçün müvafiq tədbirlər görsə də, hələ də məsələ tam həllini tapmayıb. Əksər məktəbəqədər təhsil müəssisələrində yer yoxdur. Belə olan halda valideyn “qeyri-qanuni yola” əl atır, yaxud övladına dayə tutmalı olur. Buna isə ailənin maddi imkanı yol vermir. Çünki indi körpələr üçün özəl dayəlik xidmətinin bir günü 10-15 manata başa gəlir. Uşaq bağçalarına alternativ olaraq fəaliyyət göstərən qeyri-hökumət təşkilatları məhdud saydadır və uşaq əyləncə mərkəzlərində bir saatı 6-10 manatdır.

Ayrı-ayrı valideynlər, eləcə də sosial şəbəklərdə olan insanlar bu mövzu ilə bağlı müzakirələrdə çıxış yolu kimi müxtəlif fikir səsləndirirlər. Belə ki, uşaq bağçalarının məhdud sayda olması problemlər yaradır. Azərbaycanda uşaqların cəmi 13,3 faizi bağça ilə təmin olunur. Bu istiqamətdə əsaslı dövlət proqramının hazırlanmasına və bu proqramın işlək olmasına ehtiyac var. Çünki Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə veriləndən sonra yeməklərin keyfiyyətinin qaldırıldığı əsas gətirilərək qiymətlər qalxıb.

Onlar, həmçinin dövlət bağçalarındakı mövcud problemlərin səbəbinin, bağçalara ayrılan vəsaitin müxtəlif şəxslər tərəfindən mənimsənilməsi ilə bağlı olduğunu deyirlər: “Bunun qarşısını almaq üçün, bağçalar həm müasir tələblərə uyğun qurulmalı, həm də onların özəlləşdirilməsi istiqamətində addımlar atılmalıdır. Məktəbəqədər təhsil müəssisələrinin sayı artırılmalıdır. Həmçinin, fəaliyyətdə olan bağçalar üzərində ciddi nəzarətin olması əhəmiyyətlidir.”

Vurğulamaq yerinə düşər ki, ölkədə ümumilikdə orta aylıq əmək haqqı 470 manatdır, büdcə təşkilatlarında çalışanlar üçün isə, 300 manat ətrafındadır. Özəl bağçaların qiymətləri də, minimum 600 manatdan başlayaraq 1500 manatadək artır. Belə olan halda az maaş alan vətəndaş, övladını 300 manatlıq bağçaya qoyması absurddur. Bu çox ciddi problemdir.

Bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Bildirildi ki, son illər bölgələrdən paytaxta gələnlərin sayının artması, yeni bağçaların tikilməsinə ehtiyac yaradıb. Bundan başqa, bəzi bağçalarda məcburi köçkünlərin məskunlaşması, bəzilərinin isə fəaliyyətini tamamilə dayandırması da problemin dərinləşməsində mühüm rol oynayıb. Hazırda paytaxtda bağçaların sayında çatışmazlıq olsa da bu istiqamətdə işlər gedir, qaçqınlar yeni evlərə köçürülür və həmin bağçalar əsaslı təmir olunur və gələn ildən bu sahədəki çətinliklər aradan qaldırılacaq.

Dövlət Statisitka Komitəsinin 2014-cü ilin əvvəlinə olan məlumatına görə, ölkədə 1680 dövlət və özəl məktəbəqədər təhsil müəsisəsi var. Onların 947-si şəhərdə, 733-ü isə kənd yerlərindədir. Mövcud bağçalarda 107699 uşaq var, onların 76808-i şəhərlərdə, 30891-i kəndlərdədir. Azərbaycanda uşaqların məktəbəqədər təhsil müəssisələri ilə əhatəliyi (1-5 yaşlı uşaqların ümumi sayına nisbətən) 13,3 faizdir. Bu göstərici şəhərdə 19,2%, kənddə 7,5 % təşkil edir.

Xatırladaq ki, ölkə başçısı tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda Azərbaycanda məktəbəqədər və ümumi təhsil müəssisələrinin pedaqoji və idarəetmə heyəti sertifikatlaşdırılmadan keçməsi nəzərdə tutulub. Yeni sənədə əsasən, 2015-2016-cı illərdə Təhsil Nazirliyi məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması mexanizmini hazırlayacaq. Bu mexanizm 2016-cı ildən başlayaraq tətbiq ediləcək.

Təhsil Nazirliyi 2016-cı ildə təhsil müəssisələrinin reytinq sistemini də yaradacaq, 2017-ci ildə təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı təhsil pillələri üzrə dövlət proqramları hazırlayaraq hökumətə təqdim edəcək. Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi 2018-2025-ci illərdə təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı təhsil pillələri üzrə dövlət proqramlarını reallaşdıracaq.

ANS PRESS

Previous Post

Uşağı diri-diri gömən bağça

Next Post

Ermənilər də Sərkisyanı cinayətkar kimi tanıyır – (Foto)

Bənzər yazılar

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

10 Mart 2026 - 17:25

Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları sosial sığorta sisteminin müasir yanaşmalar əsasında təkmilləşdirilməsi, sosial sığorta sahəsində prosedurların innovativ həllərlə...

Dövlət Məşğulluq Agentliyi 26 əmək yarmarkası təşkil edib

Dövlət Məşğulluq Agentliyi 26 əmək yarmarkası təşkil edib

02 Mart 2026 - 17:14

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin ötən dövründə paytaxt və regionlarda 26 əmək...

Next Post

Ermənilər də Sərkisyanı cinayətkar kimi tanıyır - (Foto)

Ermənilər də Sərkisyanı cinayətkar kimi tanıyır - (Foto)

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Türkiyə husilərin Səudiyyə Ərəbistanına raket hücumunu pisləyib

Türkiyə husilərin Səudiyyə Ərəbistanına raket hücumunu pisləyib

15 İyul 2026 - 00:02
Azərbaycanda ötən il nadir xəstəliklərə yoluxanların sayı açıqlanıb

Azərbaycanda ötən il nadir xəstəliklərə yoluxanların sayı açıqlanıb

14 İyul 2026 - 23:57
Prezidentin sosial media hesablarında Peter Pelleqrini ilə Şuşa görüşündən daha bir video paylaşılıb

Prezidentin sosial media hesablarında Peter Pelleqrini ilə Şuşa görüşündən daha bir video paylaşılıb

14 İyul 2026 - 22:44
Filippində 6,2 maqnitudalı zəlzələ olub

Filippində 6,2 maqnitudalı zəlzələ olub

14 İyul 2026 - 22:33
Pezeşkian: Biz Trampın sözlərinə əməllərlə cavab verəcəyik

Pezeşkian: Biz Trampın sözlərinə əməllərlə cavab verəcəyik

14 İyul 2026 - 22:29
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına hücum edib

SEPAH ABŞ-nin Bəhreyndəki bazasına hücum edib

14 İyul 2026 - 22:25
İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

14 İyul 2026 - 21:27
Filippində 6,2 maqnitudalı zəlzələ olub

Filippində 6,2 maqnitudalı zəlzələ olub

14 İyul 2026 - 21:25
Vuçiç Zelenski ilə görüşmək niyyətində olduğunu bildirib

Vuçiç Zelenski ilə görüşmək niyyətində olduğunu bildirib

14 İyul 2026 - 21:23
“Qəbələ” yoxlama oyununda “Kəpəz”i məğlub edib

“Qəbələ” yoxlama oyununda “Kəpəz”i məğlub edib

14 İyul 2026 - 21:21
Bakıda daha iki küçədə hərəkət məhdudlaşdırılır

Bakıda daha iki küçədə hərəkət məhdudlaşdırılır

14 İyul 2026 - 21:16
Tramp Hörmüzdən keçid üçün 20 %-lik rüsumdan imtina edib

Tramp Hörmüzdən keçid üçün 20 %-lik rüsumdan imtina edib

14 İyul 2026 - 20:13
Çexiya İsrailin HHM sistemlərinin alınmasını müzakirə edir

Çexiya İsrailin HHM sistemlərinin alınmasını müzakirə edir

14 İyul 2026 - 20:10
DÇ-2026: Haland və Bellinqemdən unikal göstərici

DÇ-2026: Haland və Bellinqemdən unikal göstərici

14 İyul 2026 - 19:29
Bakı Dairəvi, Baksol yolları və Nazim Hikmət küçəsində yol təmiri yekunlaşıb

Bakı Dairəvi, Baksol yolları və Nazim Hikmət küçəsində yol təmiri yekunlaşıb

14 İyul 2026 - 19:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.