"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ürəyin tac damarlarına taxılan stentlər – həkim şərhi

26 İyul 2016 - 07:53
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Gəncədə beşaylıq körpə ölüb

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Ürəyin tac damarlarına taxılan stentlər - həkim şərhi

“Ürəyimin damarına stent taxıldı”, “İnfarkt keçirdim, həkim stent qoyaq dedi”  kimi cümlələri son zamanlarda eşitmək adi hal alıb. Stentlər ürəyin tac damarları daralanda onu açmaq üçün istifadə olunan, metal tellərdən hörülmüş bir  “borudur”. Balon isə uşaqların əlində gördüyümüz uzun şarlara oxşayır, şişirəndə damar açılır. Stent və balon sadəcə ürəyin damarlarına xas olan bir termin deyil, digər damarların da analoq ləvazimatları var.
Dünyada ilk  dəfə 1977-ci ildə İsveçrədə Endreas Qruntziq adında bir kardioloq balon şişirərək ürəyin daralmış tac damarını açıb. Daralan tac damarları o vaxta qədər əməliyyatla açılırdı (1964-cü ildən etibarən). Balonla damarı açmaq üsulu populyarlaşır və sürətlə yayılır. Ancaq bir  neçə aydan sonra görürlər ki, damarı balonla açılan xəstələrin əksəriyyətində damar təkrar daralır (büzüşür) və xəstənin şikayətləri yenidən peyda olur. Kardioloqlar təkrar daralmanın qarşısını almaq üçün  yollar axtarırdılar. 1987-ci ildə çılpaq stentlər kəşf olundu. Ümid edilirdi ki, çılpaq stentlər damarı açıq saxlayacaq və təkrar daralma olmayacaq. Doğrudan da çılpaq stentlərin damarı açıq tutmaq qabiliyyəti balona nəzərən yaxşı idi. Ancaq həkimlərin sevinci uzun müddət davam etmədi və gördülər ki, çılpaq stent taxılan xəstələrin 20-30%-də təxminən 1 il ərzində təkrar daralma meydana çıxır. Stentlər büzüşməsə də içində əmələ gələn toxuma onun daralmasına səbəb olurdu. Stentlərin daralmasını əngəlləmək üçün kardioloqlar təkrar araşdırmalara başladılar. Beləliklə, 2001-ci ildə dərmanlı stentlər kəşf olundu. Dərmanlı stentlər təkrar daralma riskini xeyli aşağı saldı (4-6%), ancaq sıfıra endirmədi. 2000-ci illərin axırlarında əriyəbilən stentlər kəşf olundu. Metal stentlər ömür  boyu xəstənin damarında qalır, əriyəbilən stentlər isə təxminən 1 il ərzində əriyib gedir. Əriyəbilən stentlərdə daralma riskinin daha az olduğuna inanılır, ancaq araşdırmalar davam edir. Hazırda müasir tibbdə damarı açmaq üçün  dərmanlı stentlər tövsiyə olunur. Güman ki, gələcəkdə onların yerini əriyəbilən stentlər alsın.
Balon və/və ya stent ilə açılan damarların sonradan  təkrar niyə  daraldığını izah edən çox səbəb var. Stent taxıldıqdan sonra hər xəstəyə qanın laxtalanmasını gecikdirən iki növ dərman yazılır. Həkim xəstəyə bu dərmanları 1 il istifadə etməyi məsləhət görür. Əgər bu dərmanlar həkimin izah etdiyi kimi qəbul edilməsə stentin təkrar daralma ehtimalı çox yüksəkdir və bu, vacib məsələdir. Şəkər xəstəliyi, siqaret, yüksək xolesterol, stentin materialı, qoyulan damarın, yaxud stentin ölçüləri, stenti yerləşdirmə qaydaları və s. rol oynayan digər faktorlardır.
Stentlərin tarixinə nəzər salanda görürük ki, hər dövrdə damarı açmaq üçün yeni bir üsul çıxır və hələ də çıxmaqda davam edir. Hal-hazırda ürəyin tac damarları daralanda onu ömür boyu açıq saxlamağa imkan verən bir üsul yoxdur. Eyni fikir əməliyyat olan və yeni damar əlavə olunan xəstələr üçün də keçərlidir. Məsələni aydınlaşdırmaq üçün çox sayda araşdırma davam edir.
Previous Post

Ürəyin tac damarlarına taxılan stentlər – həkim şərhi

Next Post

Etirazçılar Sarkisyana səhər saat 9:00-a qədər vaxt verdilər

Bənzər yazılar

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

23 Oktyabr 2026 - 20:57

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. Elchi.az...

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölüb

23 Oktyabr 2026 - 20:55

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. "Report"-ın məlumatına görə, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş...

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

23 Oktyabr 2026 - 20:50

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə...

Zelenski “Starlink”in fəaliyyətinə qoyulan məhdudiyyətlərin hələ də qüvvədə qaldığını bildirib

Zelenski “Starlink”in fəaliyyətinə qoyulan məhdudiyyətlərin hələ də qüvvədə qaldığını bildirib

23 Oktyabr 2026 - 20:46

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkədə "Starlink" 161 km/saat sürətə çatdıqda əvvəlki kimi sönür. Elchi.az "RBK-Ukrayna"ya istinadən xəbər verir...

Next Post

Etirazçılar Sarkisyana səhər saat 9:00-a qədər vaxt verdilər

Etirazçılar Sarkisyana səhər saat 9:00-a qədər vaxt verdilər

Son xəbərlər

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

23 Oktyabr 2026 - 20:57
Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölüb

23 Oktyabr 2026 - 20:55
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

23 Oktyabr 2026 - 20:50
Zelenski “Starlink”in fəaliyyətinə qoyulan məhdudiyyətlərin hələ də qüvvədə qaldığını bildirib

Zelenski “Starlink”in fəaliyyətinə qoyulan məhdudiyyətlərin hələ də qüvvədə qaldığını bildirib

23 Oktyabr 2026 - 20:46
Azərbaycan BMT Günü münasibətilə Aşqabadda xüsusi stendlə təmsil olunub

Azərbaycan BMT Günü münasibətilə Aşqabadda xüsusi stendlə təmsil olunub

23 Oktyabr 2026 - 20:43
Pakistanda avtobusların toqquşması nəticəsində 12 nəfər ölüb

Pakistanda avtobusların toqquşması nəticəsində 12 nəfər ölüb

23 Oktyabr 2026 - 20:34
Tramp seçkilərdə qələbə qazanacaqları təqdirdə demokratlara qarşı veto tətbiq edəcəyini deyib

Tramp seçkilərdə qələbə qazanacaqları təqdirdə demokratlara qarşı veto tətbiq edəcəyini deyib

23 Oktyabr 2026 - 20:31
Koşta Qara dənizdə Aİ ölkələrinin sahillərində artan hücumları pisləyib

Koşta Qara dənizdə Aİ ölkələrinin sahillərində artan hücumları pisləyib

23 Oktyabr 2026 - 20:28
Dünyanın ən böyük sərnişin təyyarəsi Moskvaya enə bilmir, Penza üzərində dövrə vurur

Dünyanın ən böyük sərnişin təyyarəsi Moskvaya enə bilmir, Penza üzərində dövrə vurur

23 Oktyabr 2026 - 19:24
XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

23 Oktyabr 2026 - 19:08
Dörd rayonda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olundu

Dörd rayonda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olundu

23 Oktyabr 2026 - 18:56
Premyer Liqa klubları “Qalatasaray”ın futbolçusu üçün hərəkətə keçdi

Premyer Liqa klubları “Qalatasaray”ın futbolçusu üçün hərəkətə keçdi

23 Oktyabr 2026 - 18:47
Fransada etirazlar səbəbindən Luvr və metrolar bağlanır

Fransada etirazlar səbəbindən Luvr və metrolar bağlanır

23 Oktyabr 2026 - 18:34
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub

23 Oktyabr 2026 - 18:26
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

23 Oktyabr 2026 - 18:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.