UNICEF: Sudanda münaqişə başlayandan bəri 190 uşaq öldürülüb

113

UNICEF-in icraçı direktoru Ketrin Rassel Sudanda münaqişə başlayandan bəri 190 uşağın öldüyünü, 1700-nün yaralandığını açıqlayıb.

Elchi.az xəbər verir ki,Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Catherine Russell mövzu ilə bağlı verdiyi yazılı açıqlamada, hər münaqişədə olduğu kimi, uşaqların da ən çox təsirlənənlər arasında olduğunu və onların qorunması üçün hər cür səy göstərilməli olduğunu bildirib.

Bütün tərəfləri beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə və uşaqların təhlükəsizliyini təmin etməyə çağıran Russell, “Sudanda vəziyyət ağırdır və uşaqlar bunun bədəlini həyatları ilə ödəyir. Münaqişə uşaqlar üçün dayandırılmalıdır”- ifadələrdən istifadə etmişdir.

Nuranə Məmmədova