Davam edən Fələstin-İsrail münaqişəsi ilə bağlı UNİCEF, “Qəzzadan gələn görüntülər dəhşətlidir. Qurbanlar arasında çoxlu uşaq da var. 1 milyon insanın gedəcək təhlükəsiz yeri yoxdur. Bu qəbuledilməzdir, zorakılığa dərhal son qoyulmalıdır” deyib.
Elchi.az xəbər verir ki, UNICEF Qəzzada 447 uşağın öldürüldüyünü açıqlayıb və bu rəqəmin artdığına dair xəbərlər var.
UNICEF uşaqların təhlükəsizliyi üçün Qəzzada atəşkəs və humanitar dəhlizə ehtiyac olduğunu vurğulayıb.
Şayəstə Hüseynova