"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Ülviyyə Rəhmanova: Mən ağlayanda, o heç vaxt gülmür

15 Yanvar 2015 - 13:17
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

FHN-in Muğan Regional Mərkəzi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirib

Anar Əliyev Şuşada vətəndaşları qəbul edib

6Nərgiz Paşayevanın qızı bir necə saatlıq Merilin Monro olmaq istəyir

 

 “Evimdə uşaq qışqırtısı və iki itin hürməsinə baxmayaraq, həmişə isti və sakitlikdir. Mən qonaqpərvər adamam, stol üzərində şamların olmasını və balaca köməkçim Ariflə birlikdə hazırlanmış şeyləri sevirəm. Mən məhz evdə çox şeyi dərk edir, gün ərzində düşündüyüm suallara cavab tapıram. Sevgi olan yerdə həmişə həqiqəti tapmaq mümkündür. Həqiqəti dərk etməyimə öz qalamın doğma divarları kömək edir…”.

“NARGIS” jurnalının baş redaktoru və Buro 24/7 Azerbaijan portalının təsisçisi Ülviyyə Rəhmanova jurnalın yeni sayında “Stil ikonası” rubrikasının qonağı olub. O, jurnala müsahibəsində həyatının ən maraqlı anları, seçimləri və hisləri barədə danışıb.
ANS PRESS akademik Nərgiz Paşayevanın qızının açıqlamalarını təqdim edir:

“Qızların ən yaxşı dostları brilyantlardır” – bu sözləri Merilin Monro deyirdi. Ancaq mən hesab edirəm ki, insanın ən yaxın dostu onu həm zəngin dövründə, həm də kasıblıqda sevəcək, heç nəyə baxmayaraq, sadiq qalacaq itlərdir. Mən güzgü ilə də dostluq edirəm. Uşaqlığımın sevimli aktyoru Çarli Çaplinin dediyi kimi “güzgü – mənim yaxın dostumdur, çünki mən ağlayanda, o heç vaxt gülmür”.

Merilin gözəllik etalonu olsa da, ekspertlərin rəyinə görə, heç də ideal formalara sahib deyildi. Amma onda xüsusi cazibə, şarm var idi. Onun sadə üzü milyonlarla gözü cəlb edirdi və sanki işıq saçırdı. Bu ulduzun rolunu oynamaq təklifi alsaydım, düşünmədən bir neçə saatlığa Merilin olmağa razılıq verərdim…”.

Yeməyi çox sevsəm də, boş mədə ilə daha yaxşı yatmaq olur: birincisi, vicdan əzabı olmur, ikincisi, günün sonuna orqanizmi enerji ilə təchiz etmək heç də yaxşı deyil. Ancaq mən hava qaraldıqdan sonra kofe içməyi, gözəl şeylər barədə düşünməyi daha çox sevirəm. Xüsusilə də çöldə yağış və ya sakit qar yağanda….

Cavanlıq – yaş məsələsi deyil, ruhi vəziyyətdir. Sizi dəstəkləyən, sirrli, cəsur, şən və azad olmaq imkanı verən insanlarla özünüzü əhatə edin. Kiminsə sizi mühakimə etməsinə imkan verməyin!.

Rəqs etməyi uşaqlıqdan sevirəm. Evdə lambada və “Gipsy Kings” qrupunun musiqilərinin sədaları altında tez-tez rəqs edirdim. Sanki məndə anadagəlmə ritm hissi var və buna görə də rəqslər məndə asan alınırdı. Rəqs mənim üçün rahatlamaq üsullarından biridir. Fiziki gərginlik və ya stressdən sonra rəqs edərək, ruhən, cismən istirahət edirəm”.

Lyuk Bessonun filmlərini sevirəm. Xüsusilə də “Leon”u. Sevimli personajlarımdan biri Matildadır. O kövrəkdir, yanlışlara yol verir, ancaq güclüdür və ən əsası, insanidir. Çünki heç nəyə baxmayaraq, o, xeyirxahlığını və yenidən sevmək qabiliyyətini itirməyib”.

İşdə həmişə göstərdiyimdən daha çox şey bilirəm. Bəzən qarşı tərəf səni anlamadıqda özündən çıxmaq, hiddətini göstərmək istəyirsən. Ancaq özümü vaxtında ələ alıram. Nəzakətli və sakit şəkildə xəbərdarlıq etmək, məsələni yoluna qoymaq səsini ucaldaraq hər şeyi olduğu kimi saxlamaqdan daha yaxşıdır.

Şərq mədəniyyətini, geyimini, rəqslərini, fəlsəfəsini və ən əsası Şərq şirniyyatlarını çox sevirəm!.

Uşaq vaxtı balkona çıxmaqdan qorxurdum. Qorxurdum yıxılaram. Anam deyirdi ki, yer hər şeyi maqnit kimi özünə çəkir. Zamanla təyyarələrdən də qorxmağa başladım. Ancaq etiraf edim ki, son il ərzində bu fobiyanın öhdəsindən gələ bilmişəm. Başa düşdüm ki, daxili qorxu həyatdan bütövlüklə zövq almağa mane olur. Əgər hələ də nədənsə qorxuramsa, bu ancaq sevdiyim və mənə doğma olan adamlarla bağlıdır. İstəyirəm ki, nağıldakı kimi, onlarda hər şey yaxşı olsun.

İnsanı saxlamaq asan deyil, xüsusilə də əgər ona özü ilə qalmaq daha rahatdırsa. Bu, ancaq sevginin köməyi ilə mümkündür. Zaman itirməyin, oyun oynamayın və sizi kiminsə incidəcəyindən qorxmayın. Səmimi olun, hislərinizi gizlətməyin. O zaman sevdiyiniz insan çətin ki, sizsiz bir yolu seçsin.


















ANS PRESS

Previous Post

Ülviyyə Rəhmanova: Mən ağlayanda, o heç vaxt gülmür

Next Post

“ABŞ-da insan hüquqlarının vəziyyəti”

Bənzər yazılar

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

30 Oktyabr 2026 - 18:26

Meyvə və tərəvəzlərin qabıqları, gövdələri və toxumları əksər hallarda məişət tullantısı kimi atılır. Lakin yeni elmi araşdırma göstərib ki, bu...

FHN-in Muğan Regional Mərkəzi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirib

FHN-in Muğan Regional Mərkəzi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirib

30 Oktyabr 2026 - 16:36

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı...

Anar Əliyev Şuşada vətəndaşları qəbul edib

Anar Əliyev Şuşada vətəndaşları qəbul edib

30 Oktyabr 2026 - 16:16

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Şuşa şəhərində Şuşa və Xocavənd rayonlarının sakinlərini qəbul edib. ƏƏSMN-dən Elchi.az-a verilən...

Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

30 Oktyabr 2026 - 11:47

Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək. Elchi.az xəbər verir ki, bu, Milli...

Next Post

“ABŞ-da insan hüquqlarının vəziyyəti"

“ABŞ-da insan hüquqlarının vəziyyəti"

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33
Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13
“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11
“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29
G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər

G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər

30 Oktyabr 2026 - 20:26
Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

30 Oktyabr 2026 - 20:24
Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

30 Oktyabr 2026 - 20:22
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

30 Oktyabr 2026 - 19:28
İspaniya millisi Bakıda dünya çempionu oldu

İspaniya millisi Bakıda dünya çempionu oldu

30 Oktyabr 2026 - 19:20
“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

30 Oktyabr 2026 - 19:11
Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

30 Oktyabr 2026 - 18:59
Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

30 Oktyabr 2026 - 18:45
Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

30 Oktyabr 2026 - 18:38
Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

30 Oktyabr 2026 - 18:26
Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

30 Oktyabr 2026 - 18:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.