"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Ulusal Birliyə yetmək

24 Dekabr 2014 - 12:24
in MƏDƏNİYYƏT
FacebookVatsap

İşıqlı ATALI

ishiqli_atali






Xalq necə var olur? Onu özünə yaxınlaşdıran, var edən nədir? Neləyək ki, bu amansız çağda millət, dövlət kimi var ola, ayaqda qala bilək? Çıxış yolu ilk növbədə xalq olmağın qaçılmazlığına yetməkdən ibarətdir.
Xalq – yetkin fərdlərin şəxsində təsdiqini tapır. Özünü yaradan, var edən xalqını da yaradır, var edir.
***
Çox zaman həmrəylik söz olaraq qalır, gerçəkləşmir, çünki ömürləşmir. Ömürləşməyən – yaşamır, yaşamayan var olmur.
Xəlqi səviyyədə birliyimizin yaranması üçün zamandan üstün həmrəylik gərəkdir. Əslində gerçək səviyyədə həmrəylik – ulusal (milli) həmrəylik yaratmır. Böyük istəklərimizə özümüzdən keçməklə yetə bilərik. Böyük istəklər də tez gerçəkləşmir. Ona görə qətiyyən ruhdan düşmək olmaz. Balaca uğurlardan isə arxayınlaşmaq yolverilməzdir.
***
Xalq nəyin əsasında doğruçu həmrəy ola bilər? Yalnız milli dünyabaxış, milli inam əsasında. Çünki milli inam qədər xalqı quran ikinci bir yol, amal yoxdur. Milli dünyabaxış milli birliyimizi yaratmağa, qorumağa qadirdir. Xalqın var olmaq qaçılmazlığı hər birimizin ağlında, ömründə nə dərəcədə yer tutur?
Təəssüf ki, fərdlərimizin çoxu hələ bu qaçılmazlığın dərkinə yetməyiblər.
Xalq – Bəşəriliyin təsdiqidir. Milli birliyimiz isə bəşəri gərəkliyimizdir.
***
Xəlqi birlik ömürlərdə ağac kimi bitməlidir. Soydaşlarımızı bu müqəddəsliyə yetirmək gərəkdir.
Bu anlamda milli duyğuların müqəddəsliyinə, insansevərliyinə yönəlilk işlər görmək gərəkdir. Özünü bu əsaslar üzərində quran, dəyərləndirən insan dövlətinin də təəssübünü daha ciddi şəkildə çəkər.
***
31 Dekabr dünya Azərbaycan türklərinin, yoxsa dünya azərbaycanlılarının (türklərlə yanaşı türk olmayanların da) bayramıdır?! Aydın bilinir ki, burada başlıca və birbaşa söhbət türklərdən gedir. Ümumiyyətlə isə yurdumuzdakı azərbaycanlıların – müxtəlif millətlərin nümayəndələrinin ölkəmizə sayğı və sevgisinə uca yanaşırıq.
Azərbaycanın milli dəyərləri insançılığı tam ifadə edir. Milli dəyərlərimiz bəşəriliyi tam ifadə etdiyinə görə hər bir azərbaycanlının (türklərin və qeyri-türklərin) öz milli ölçüsüylə yanaşı, bu əsasda da Azərbaycana yanaşması, onu sevməsi həmrəylik üçün daha ciddi əsaslar yarada bilər.
***
Bu gün özümüzü həmrəy saya bilərikmi? O zaman nədən 50 milyonluq türk xalqımız problemlərini çözə bilmir? Nədən həmrəyliyimizi Türk Dünyasına örnək olaraq göstərə bilmirik? Çünki Milli İnam əsasında birliyimizi təsdiq edə bilməmişik.
Nədən Türk Dünyası gerçəkdən həmrəyliyə nail ola bilmir? Çünki qatıldığı, qapıldığı müxtəlif yönlü dini, ictimai-siyasi baxışlar onu var edə, birləşdirə bilmir.
Bəs bu həmrəyliyi, əslində mənəvi birliyi kim yaratmalıdır? Özündən keçən, millətə, yurda bağlı İnsanlar.
***
Azərbaycan türkləri olaraq həmrəyliyimizi (birliyimizi) istəyiriksə, gərək yurdumuzda bir-birimizə doğmalığımız tam bilinsin, görünsün. Gərək onda milli dəyərlərimiz əsasında yaşayaq.
Milli dəyər ölçümüz isə çağımızda yoxa çıxmaqdadır.
Milli dəyərlərimiz Zərdüştlüyümüzlə, Babəkliyimizlə, Dədə Qorqudluğumuzla, Hürufiliyimizlə, Füzululiyimizlə, Muğamlığımızla, Sazlığımızla sıx bağlıdır.
Ruhumuzdan yaranmayan ruhumuzu yarada, milli birliyimizi təsdiq edə bilməz.
***
Həmrəylik bu gün yalnız rəy birliyini ifadə edir, möhtəşəm xəlqi birliyi, varlığı ifadə və təsdiq etmir. Çünki hələ Milli İnam əsasında birlik baş tutmayıb. Birlik – fərdin içindən başlayır. Çıxış yolu Xalq olmağımızdır. Bu, necə baş verməlidir? Mənsub olduğumuz xalqın mahiyyəti üstə yaşamalıyıq.
Milli dəyərlərimizin sistemli şəkildə tədrisi, ömürləşməsi gərəkdir. İnsanı da, Xalqı da var edən milli ruhdur. İnsan da, (ulus) xalq da ruhani hadisədir. Yoxsa Zərdüştləri, Babəkləri, Dədə Qorqudları, Füzuliləri özümüzdən saymazdıq, ruhumuzun doğması bilməzdik, ruhumuzun mayasını onlardan tutmazdıq, xəlqi təsdiqimizi onlarda tapmazdıq, görməzdik.
Xalq üçün elə bir əbədi ideya tapmaq gərəkdir ki, o əsasda var ola bilsin.
Milli birliyimizi yaradan amillərdən ən əsası özümüzə məxsus inamımızın, dünyabaxışımızın olmasıyla bağlıdır.
Dünyabaxış xalqın var olmasında elə bir məqamdır ki, bunsuz irəliyə getməyimiz mahiyyətcə mümkün olmayacaq.

***
Soydaşlarımızın Güney Azərbaycan məsələsinə münasibəti daha aydın və ardıcıl olmalıdır.
Ümumiyyətlə, təkcə Güney Azərbaycanla yox, tarixən itirilmiş yurd yerlərimizlə bağlı hər bir soydaşımız dərindən düşünməlidir. Bütöv Azərbaycan idealını gerçəkləşdirmək hər birimizdən ilk növbədə güclü idrak tələb edir. Soydaşlarımız yalnız ruhən bir olduğu dərəcədə Bütöv Azərbaycan idealı gerçəkləşə bilər.
***
Dövlətin işi ilk növbədə xalqı qorumaqdır. Bu müqəddəs görəvini yerinə yetirməsi üçün dövlətin özünün varlığının qorunması yönündə hər bir insanımız təəssübkeş olmalıdır. Dövlətin necə ali bir nemət olduğunu sübut etməyə isə gərək yoxdur.
***
Azadlıq duyğusu həm də yetkin fərdlərin ana dilinə sayğısı ilə ölçülür. Əslində parçalanmış Azərbaycanın ağlımızda, ürəyimizdə birliyini daha güclü yaratmaq, milli birliyi istəyiriksə, ilk növbədə Türk dilimizin qoruyucusu olmalıyıq. Güney Azərbaycanda ən böyük zərbə 200 ildir elə Türk dilimizə dəyir. Ancaq dilimiz ən çətin anlarımızda xalqlığımızı təsdiq edib. Biz dilimizi təəssübkeşliklə yaşatmamışıq. Bu, o deməkdir ki, milli ruhumuzu qorumamışıq. Bu arxayınçılıq indi də xarakterimizdə qalmaqdadır.
***
31 Dekabrın bayramlaşması tarixi bir günlə bağlıdır. Ancaq bu günün xristian Yeni ilinin cazibəsi, dəbdəbəsi içərisində itməsi faciəsi də var. İnsanların içində, küçədə, park və meydanlarda mütləq şəkildə Yeni il duyğusu hakimdir, həmrəylik və birlik əhvalı yox! Üstəlik, Yeni il əhvalı bir ay öncə başlayır, bir ay sonra bitir. Bizim həmrəylik duyğumuz isə bu yad, yabançı, ancaq cazibəli əhval içində əslində yada düşmür, yaşanılmır…
***
Nə qədər ki, Bütöv Azərbaycan yoxdur, mahiyyətcə Türk Dünyasının da qurtuluşu olmayacaq. Türk xaqları bunu gözəl anlamalıdırlar. İçlər aydınlığa çıxmasa, böyük anlamda xalq yaranmasa, yəni imtinaçı, fərdi gərəkliyi vicdan ölçüsü səviyyəsində anlayan, özünəməxsus, müstəqil düşüncəli fərdlər yetişməsə, fəlakətlərimizin ölçüsünü dərk edə bilməyəcəyik.

Bunu da oxuyun

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub – FOTO

Dərbənddə bu teatra Maqomayevin adı verildi

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

Previous Post

Ulusal Birliyə yetmək

Next Post

Əli Əhmədov: “Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 ildə əldə olunan nailiyyətlər əsrin möcüzəsidir”

Bənzər yazılar

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub – FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub – FOTO

18 Sentyabr 2026 - 18:53

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib. APA xəbər verir ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı...

Dərbənddə bu teatra Maqomayevin adı verildi

Dərbənddə bu teatra Maqomayevin adı verildi

18 Sentyabr 2026 - 17:39

Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib. Elchi.az APA-ya istinadla xəbər verir ki, Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edən Fyodor...

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

17 Sentyabr 2026 - 15:30

18-20 sentyabr 2026-cı il tarixlərində Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı keçiriləcək. Elchi.az xəbər verir ki, qurultay XVIII Üzeyir Hacıbəyli...

Azad edilmiş ərazilərdə abidələrə 700 milyon manatdan çox ziyan dəyib

Azad edilmiş ərazilərdə abidələrə 700 milyon manatdan çox ziyan dəyib

10 Sentyabr 2026 - 13:45

İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurdakı yüzlərlə tarixi-mədəni abidə dağıdılıb və müxtəlif dərəcədə zədələnib. Hazırda 434 abidəyə dəymiş maddi ziyanın...

Next Post

Əli Əhmədov: “Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 ildə əldə olunan nailiyyətlər əsrin möcüzəsidir”

Əli Əhmədov: “Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 ildə əldə olunan nailiyyətlər əsrin möcüzəsidir”

Son xəbərlər

Məktəblərdə dünyəvilik prinsipinə uyğun olmayan geyimlərdən istifadəyə yol verilməyəcək

Məktəblərdə dünyəvilik prinsipinə uyğun olmayan geyimlərdən istifadəyə yol verilməyəcək

21 Sentyabr 2026 - 18:55
Nazirlər Kabineti, AHİK və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında birgə saziş bağlanıb

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

21 Sentyabr 2026 - 18:48
Vilayət Eyvazov xidmətə qəbul üçün növbəti sıra baxışı keçirdi – VİDEO

Vilayət Eyvazov xidmətə qəbul üçün növbəti sıra baxışı keçirdi – VİDEO

21 Sentyabr 2026 - 18:37
Bessent : İran aviaşirkətləri sentyabrın 23-dən beynəlxalq uçuşları dayandıracaq

Bessent : İran aviaşirkətləri sentyabrın 23-dən beynəlxalq uçuşları dayandıracaq

21 Sentyabr 2026 - 18:29
Xırdalanda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın başlayıb

21 Sentyabr 2026 - 18:18
Gürcüstanda 2,6 min hektar sahədə meşələr bərpa olunacaq

Gürcüstanda 2,6 min hektar sahədə meşələr bərpa olunacaq

21 Sentyabr 2026 - 18:07
Aİ Usmanova qarşı sanksiyaları ləğv edə bilər

Aİ Usmanova qarşı sanksiyaları ləğv edə bilər

21 Sentyabr 2026 - 17:55
Azərbaycanın çay ixracından gəliri 12%-dən çox artıb

Azərbaycanın çay ixracından gəliri 12%-dən çox artıb

21 Sentyabr 2026 - 17:49
Vilayət Eyvazov sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov sıra baxışı keçirib – VİDEO

21 Sentyabr 2026 - 17:42
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

21 Sentyabr 2026 - 17:36
MÜTDA: 104 mindən çox uşaq məktəbəhazırlıq qrupuna qəbul olub

MÜTDA: 104 mindən çox uşaq məktəbəhazırlıq qrupuna qəbul olub

21 Sentyabr 2026 - 17:24
Niderlandda güclü partlayış baş verib

Niderlandda güclü partlayış baş verib

21 Sentyabr 2026 - 17:17
Qranit Caka 5 ilədək həbs oluna bilər

Qranit Caka 5 ilədək həbs oluna bilər

21 Sentyabr 2026 - 17:10
CNN, “MS NOW” və “Politico” Tramp administrasiyasını məhkəməyə verir

CNN, “MS NOW” və “Politico” Tramp administrasiyasını məhkəməyə verir

21 Sentyabr 2026 - 16:58
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib

FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib

21 Sentyabr 2026 - 16:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.