Ukrayna prezidenti Volodimir Zelenski Portuqaliyanın “RTP” telekanalına müsahibəsində bildirib ki, Ukraynanın əlliyə yaxın “F-16” qırıcısının tədarükü ilə bağlı ilkin razılaşmaları var, lakin ümumilikdə səmanı qorumaq üçün 160-a yaxın belə təyyarə lazımdır.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
“Bu gün 50-60 gələcək təyyarə ilə bağlı müqaviləmiz var. Ümumilikdə, onu Rusiyanın səmada hökmran olmasına imkan verməyəcək güclü hava donanmasına çevirmək üçün bizə 160-a yaxın qırıcı lazımdır”.
O, vurğulayıb ki, hazırda ən vacibi bu prosesin başlanmasıdır, baxmayaraq ki, bu, onun istədiyindən bir az gec”baş verib, çünki Ukrayna müharibənin ilk günlərindən səmanı bağlamaq istəyirdi.
Zelenski vurğulayıb ki, “F-16”-lar əks-hücum üçün deyil, mülki əhalinin müdafiəsi, taxıl dəhlizinin qorunması üçün lazımdır.
Ukrayna prezidenti gözləyir ki, pilotların hazırlanması və infrastrukturun uzun müddət davam etməsi səbəbindən döyüş təyyarələri gələn ilin əvvəlində Ukrayna səmasında peyda olacaq.
Yeganə