Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov özünün Teleqram kanalında ABŞ hakimiyyətinin anası Aymani Kadırovanın sanksiya siyahısına daxil edilməsini şərh edib.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Çeçenistan lideri Qərbin məntiqsiz sanksiya qərarlarını tənqid edib və xatırladıb ki, anası yalnız bütün dünyanın bildiyi xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.
“Amerikanın bu qərarı yalnız bütün etik normalara qəsdən və kinsiz məhəl qoymamaq kimi qiymətləndirilə bilər… Onların bu qərarını bağışlamayacağam. Qoy onlar bizim üçün ağrısız sanksiyalarından həzz alsınlar”, -deyə Kadırov yazıb.
Yeganə