Ukraynaya silah verməyəcəyik – Tiflis

31

Gürcüstan hakimiyyəti Ukraynaya heç bir silah yardımı etmək niyyətində deyil.

Elchi.az xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini Teya Çulukiani deyib.

Onun sözlərinə görə, Tiflis Ukraynadakı böhranın öz ölkəsinə daşınmasına imkan verməyəcək:

“Rəsmi Tiflis Gürcüstan dövlətinin hərbi qarşıdurmaya cəlb olunmasına imkan verməyəcək və buna uyğun olaraq, təbii ki, biz qarşıdurmada olan tərəflərdən birinə hərbi yardım göstərməyəcəyik”, – Çulukiani bildirib.