“Sabah Ukraynanın Müstəqillik günü ilə əlaqədar ABŞ bu ölkəyə 3 milyard dollarlıq hərbi yardım paketi elan edəcək”.
Elchi.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli Feysbuk hesabında yazıb.
O, qeyd edib ki, Almaniya isə 500 milyon avro həcmində hərbi yardım, o cümlədən HHM sistemləri göndərəcəyini açıqlayıb:
“Britaniyadan sonra Avropa Birliyi də Ukrayna əsgərlərinə hərbi təlim verməyi müzakirə edir. Bu məqsədlə Ukraynaya qonşu NATO ölkələrinin birində təlim mərkəzi təşkil olunacaq.
Daha öncə qeyd etmişdik: sonuncu G-7 və NATO zirvə toplantılarında Ukraynaya nə qədər lazım olacaqsa, o qədər hərbi və maddi dəstək göstərmək və müharibədə Rusiyanın qələbəsinə yol verməmək barədə strateji qərar qəbul olunub”.
Yeganə