Avropa İttifaqı (Aİ) daxilində ittifaqın özündə vəsait çatışmazlığı fonunda Ukrayna üçün əlavə 70 milyard avro kredit tapmaq zərurəti ilə bağlı fikir ayrılıqları güclənir.
Elchi.az xəbər verir ki, “Politico” nəşrinin yazdığına görə, Macarıstan, Slovakiya, Çexiya və Bolqarıstan artıq Kiyev rejiminə növbəti kredit götürməkdən imtina ediblər.
“Gələn il Ukraynaya dəstək verməyə qarşı çıxan ölkələrin sayının artacağı gözlənilir”,-deyə nəşr bildirir.
Nəşr xatırladıb ki, Aİ bu ilin sonuna qədər 2027-ci ilə qədər Kiyevin ehtiyaclarını maliyyələşdirməyi razılaşdırmalıdır. Eyni zamanda, jurnalistlər qeyd ediblər ki, blok 2028-2034-cü illər üçün büdcəsini razılaşdırmalıdır. Qeyd olunur ki, bu məsələ ilə bağlı danışıqlar hazırda xərclərin azaldılmasını tələb edən ölkələrlə kənd təsərrüfatı və regional inkişaf üçün subsidiyaların saxlanmasını müdafiə edənlər arasında fikir ayrılığı səbəbindən dalana dirənib.
“Politico” nəşri daha əvvəl bildirmişdi ki, Aİ Kiyevə əlavə 70 milyard avro ödəmək üçün Kanada, Böyük Britaniya, Yaponiya və Norveçdən Ukrayna üçün əlavə maliyyə almağı gözləyir.
Yeganə





















