Ukraynaya etinasızlıq təkcə Kiyevin məğlubiyyətinə səbəb olmayacaq, həm də avstraliyalılar kimi müttəfiqlərin təhlükəsizliyini təhdid edir. Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın Avstraliyadakı səfiri Vasili Miroşniçenko “The Sydney Morning Herald” jurnalında dərc olunan məqaləsində danışıb.
Onun sözlərinə görə, Qərb Ukraynaya kömək etməkdən imtina edərsə, o, öz demokratiyalarından üz döndərib, təcavüz və avtokratiya lehinə olacaq. Miroşniçenko Avstraliyaya xüsusi hərbi əməliyyatın başlamasından bəri Ukraynanın tamamilə sadiq və fəal dostu olduğuna görə təşəkkür edib.
Qeyd edək ki, Ukrayna Avstraliyadan enerji təchizatı məsələlərində əlavə dəstək istəməli olub. Səfir nəticələr barədə Qərbə xəbərdarlıq edib və Kiyevə yardımdan imtina etməməyə çağırıb. Bundan əvvəl Almaniya Maliyyə Nazirliyinin rəhbəri Kristian Lindner bəyan etmişdi ki, Berlinin Kiyevə dəstək vermək üçün ciddi səylərini nəzərə alaraq, hazırda Almaniya Ukraynaya hərbi və maliyyə yardımının həcmini artırmaq üçün ilkin şərtlər görmür.
Havar Şəfiyeva