Brüssel Ukraynada məyusluğun və yaxın illərdə “Malorossiya”nın “anti-Avropa istiqamətinə” yönəlməsinin qarşısını almaq məqsədilə bu ölkə ilə üzvlük danışıqlarına başlamağı təklif edib.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat verib.
SVR-in mətbuat bürosu bildirib ki, Avropa bürokratları Ukrayna xalqını aldatmağa davam etmək və onları Rusiya ilə qarşıdurmada “top əti” kimi istifadə etmək niyyətindədirlər.
Hesabatda qeyd olunur ki, Ukraynada məyusluğun və “Malorossiya”nın gələcək illərdə “anti-Avropa istiqamətinə” yönəlməsinin qarşısını almaq məqsədilə Brüssel iyun ayında — bir növ “xoş jest” kimi — Ukrayna ilə üzvlüyə hazırlıq danışıqlarına başlamağı təklif edib.
Bundan əlavə, Kiyevə Avropa təhlükəsizlik siyasətində — səsvermə hüququ olmadan da olsa — iştirak etmək imkanının təklif edilməsi nəzərdə tutulur.
Lakin əslində Brüsselə Ukrayna yalnız qabaqcıl silah sistemlərinin sınaq meydanı və yeni müharibə konsepsiyalarının təkmilləşdirilməsi məkanı kimi lazımdır, – deyə SVR əlavə edib.
Yeganə





















