Qaz idxalının məhdudlaşdırılması və ölkəni kömürlə təmin edən Donbasda döyüş əməliyyatları bu il Ukraynaya tarix boyu gördüyü ən dəhşətli qışlardan birini yaşadacaq.
Axar.az RİA Novosti-yə istinadla bildirir ki, bu fikir Britaniyanın “İndependent” (“The Independent”) qəzetində şərh edilib. “Ukaynanı amansız qış gözləyir: qazın idxalı ilə bağlı problemləri ölkənin 115 kömür şaxtasının yarısından çoxunun hərbi əməliyyatlara görə fəaliyyətdən qalması daha da kəskinləşdirir”, – deyə qəzet vurğulayır.
Kömür hasilatı üzrə Avropada ikinci yeri tutan Ukraynada hökumət etiraf edir ki, qışda evləri isitmək və zavod-fabriklərin fəaliyyətini təmin etmək üçün ölkənin kifayət qədər yanacaq ehtiyatı yoxdur:
“Münaqişə zamanı situasiyanın necə inkişaf edəcəyini qabaqcadan demək çətindir: Donetsk energerika stansiyaları dəfələrlə Ukrayna ordusunun bombardmanına məruz qalıb. Könüllü “Azov” batalyonunun döyüşçüləri isə Şərqi Ukraynada boru kəmərini partlatmaq niyyətindədirlər”.