"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Ukraynanı aldatdılar, nüvə silahlarını əlindən aldılar, sonra da onu müdafiəsiz qoydular…

21 Aprel 2021 - 09:04
in MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Kreml ABŞ-a müraciət edib

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

“Azərbaycan Rusiya ilə daha yüksək səviyyədə əməkdaşlıq etməlidir, ümumiyyətlə, biz  MDB çərçivəsində daha aktiv olmalıyıq”. 

Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirib.

 Millət vəkilinin sözlərinə görə, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan türk dövlətləri və Belarusla sıx əməkdaşlıq etməliyik: “Bu günlərdə bir partiya sədrinin çıxışına qulaq asdım. Belarus prezidenti Aleksandr Lukaşenko ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşünü “qatillər qrupuna üzv olmaq istəyi” kimi təqdim edir. Nə qədər qərəzli, yaxud dayaz düşüncəli olmaq lazımdır ki,  belə bir ağır ittihamla çıxış edəsən?” 

Q.Həsənquliyv hesab edir ki, Belarusun daxilində baş verənlər bu ölkənin daxili işidir: 

“Əlbəttə, biz istərdik Belarus çox demokratik bir ölkə olsun. Amma gəlin baxaq, bu gün dünyada demokratiyanı təbliğ edən ABŞ krallıq üsul-idarəsinin olduğu Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri ilə çox gözəl əlaqələr qurub, müttəfiqdirlər, ən müasir silahları onlara satır. Bizə isə – işğala məruz qalmış ölkəyə – sanksiya tətbiq edib, problemin ərazi bütövlüyü çərçivəsində həlli barədə mövqe də sərgiləmirlər”.  

Deputat vacib bir xatırlatma etdi: “Azərbaycan ona Qərbin vermədiyi silahları, raketləri Belarusdan aldığı halda, niyə bu ölkə ilə münasibətləri pozmalıyıq? Bu, hansı sağlam məntiqə sığır? Bu insanlar özlərini necə peşəkar siyasətçi sayırlar? Onu demək istəyirəm ki, müəyyən dairələr tərəfindən Azərbaycan-Rusiya, Azərbaycan-Belarus münasibətlərini korlamaq istəyən  insanlar var. Bizim Ukrayna ilə də gözəl münasibətimiz mövcuddur, baxmayaraq ki, Kiyevlə Moskva az qala müharibə vəziyyətindədir, Belarusla da. Hesab edirəm ki, bu, belə də olmalıdır. Ukraynanın ərazi bütövlüyünü müdafiə edirik. Amma Ukrayna Qarabağ məsələsində bizə hansı dəstəyi veribsə, biz də ona ərazi bütövlüyü məsələsində o dəstəyi veririk”.

Q.Həsənquliyev qeyd etdi ki, əvvəla, bizim Rusiya və digər ölkələrlə əməkdaşlığımız Qərbə qarşı yönəlməyib: 

“İkincisi, Azərbaycanı “qatillər qrupu”na üzv olmaqda ittiham edən insanlar bir fikirləşirlərmi ki, nə danışırlar? Deyək ki, sən Rusiya ilə münasibətləri poz, səni kim müdafiə edəcək? Qərbmi müdafiə edəcək? Qərb yazılı öhdəlik götürdüyü Ukraynanı müdafiə etdimi? Ukrayna nüvə arsenalına görə dünyada üçüncü dövlət idi. Rusiya, ABŞ-dan sonra Çin, Britaniya, Fransadan da daha çox nüvə başlığına, ballistik raketlərə malik bir dövlət idi. Ukraynanı günün günorta çağı, gözlərinin içinə baxa-baxa aldatdılar, nüvə silahlarını əlindən aldılar, sonra da onu müdafiəsiz qoydular.  Üçüncüsü, heç olmasa, Qərb deyir ki, Ukrayna, Gürcüstan, Moldovadakı münaqişələr bu dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dağlıq Qarabağla bağlı bir dəfə biz bu sözü eşitdikmi? Onda bu insanlar hansı ağlın sahibidirlər ki, deyirlər Azərbaycan “qatillər qrupu”nun üzvü olmaq istəyir?” 

BAXCP sədri digər bir məsələyə də diqqət çəkdi: “Bizdə ekstremizmə yuvarlanmış, ayrı-ayrı xarici dairələr tərəfindən idarə olunan Qərb ölkələrində sığınacaq tapmış, müliyyələşdirilən insanlar var, bütün günü Rusiya-Azərbaycan münasibətlərini korlamağa çalışırlar. Düşünürəm ki, biz buna imkan verməməliyik.  Əlbəttə, Rusiyanın Azərbaycana qarşı yönələn hansısa addımı olacaqsa, biz onu tənqid etməliyik.  Amma bu, elə çərçivədə və elə həddə olmalıdır ki, bizim strateji tərəfdaşlıq münasibətlərimizi korlamasın və pozmasın”.

Previous Post

“Ukraynanı aldatdılar, nüvə silahlarını əlindən aldılar, sonra da onu müdafiəsiz qoydular…

Next Post

Almaniya portalı Qarabağdakı son vəziyyətdən yazdı

Bənzər yazılar

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12

ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı bombardmanların bərpa ediləcəyini və gücləndiriləcəyini istisna etməyib. Elchi.az...

Kreml ABŞ-a müraciət edib

Kreml ABŞ-a müraciət edib

01 Oktyabr 2026 - 16:00

"Rusiya ABŞ-ı Ukraynadakı münaqişənin həllini gözləmədən iqtisadi əlaqələri bərpa etməyə çağırır". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat...

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

01 Oktyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp 2028-ci ilə qədər Vaşinqtonda ağcaqanad populyasiyasının 90 faiz azaldılması barədə göstəriş verib. Elchi.az xəbər verir ki,...

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

01 Oktyabr 2026 - 13:17

Azərbaycan təhlükəsizliyini tam təmin etməyi bacaran ölkələr sırasında öz layiqli yerini qoruyur. 44 günlük Vətən müharibəsində dünya ölkəmizin hərbi imkanlarının,...

Next Post

Almaniya portalı Qarabağdakı son vəziyyətdən yazdı

Almaniya portalı Qarabağdakı son vəziyyətdən yazdı

Son xəbərlər

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39
Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

01 Oktyabr 2026 - 22:37
Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

01 Oktyabr 2026 - 22:35
Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.