ABŞ F-16 döyüş təyyarələri üçün ukraynalı pilotlara veriləcək təlimin Polşa və Danimarkada keçiriləcəyini və təqvim üzərində işləməyə davam etdiklərini bildirib.
Elchi.az xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Rumıniya və Danimarkada ukraynalı pilotlara F-16 təlimi veriləcəyini qeyd edən Kirbi, təlimin veriləcəyi dəqiq yerlər və cədvəl üzərində hələ də çalışdıqlarını bildirib.
Kirbi təhsil üçün başqa yerlərin də ön plana çıxa biləcəyini vurğulayıb.
Böyük Britaniyanın da ukraynalı pilotların təyyarələrdən istifadə etmələri üçün dil təhsilinə başladığını ifadə edən Kirbi, ukraynalı pilotların yetişdirilməsində bacardıqları qədər tez hərəkət etmək istədiklərini qeyd etdi.Bundan başqa Kirbi Ukraynalı və Avropalı tərəfdaşlarla fərqli marşrutlarda çalışdıqlarını vurğuladı. Ukraynaya taxıl ixracı üçün.Digər tərəfdən o, ən təsirli yolun dəniz yolu ilə daşınması olduğuna diqqət çəkib.
Şayəstə Hüseynova