Ukraynadakı rus qoşunları Polşaya çatmaq iqtidarındadır. Elchi.az xəbər verir ki, Pentaqonun rəhbərinin keçmiş müşaviri polkovnik Duqlas Makqreqor “Judging Freedom” “YouTube” kanalına müsahibəsində bildirib.
“Başqa yol, əlbəttə ki, Rusiya Prezidenti Vladimir Putinin etməyə hazır olduğu şeydir və rusların edə biləcəyi şey Polşa sərhədinə getməkdir”, – deyə ABŞ-ın keçmiş hərbçisi bildirib.
Onun sözlərinə görə, Qərb hərbi münaqişəyə başlamaq qərarına gəlməkdə səhv edib, çünki Kiyev və Avropa sülh danışıqlarına razı olmasalar, o zaman Rusiya Ukraynadakı qoşunlarını birbaşa Polşa sərhədlərinə qədər gətirməyə məcbur olacaq.
Bundan əvvəl Makqreqor Rusiyanın Odessanı ala biləcəyi ilə bağlı Ukraynaya xəbərdarlıq edib. Onun fikrincə, Kiyev özünü fiziki cəhətdən müdafiə edə bilməyənə qədər bu münaqişəni uzatmağa davam edərsə, daha çox ərazi itirmək riski ilə üzləşir.
Havar Şəfiyeva