Elchi.az bildirir ki, bu barədə Report “Unian.net” portalına istinadən xəbər verir.
Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş İdarəsindən verilən məlumata görə, münaqişə dünən gecə yaranıb. Belə ki, vilayətin Belqorod-Dnestr rayonunda yerləşən restoranlardan birində 6 nəfər gənclə “Kərim” ləqəbli xarici sahibkar arasında söz atışması olub. Bundan sonra “Kərim” tanışlarına bu işlə məşğul olmağı tapşırıb və növbəti səhər həmin o 6 gəncdən biri onlarla yerli bazarın yanında görüşüb.
Təxminən səhər saat 7-də üç nəfər bazara gələrək gənci travmatik silahla vurub, eləcə də soyuq silahdan istifadə edib. Nəticədə gənc döş qəfəsindən iki kəsici-deşici bıçaq yarası və 9 güllə yarası alaraq xəstəxanada ölüb. Şübhəlilər hadisə yerindən qaçaraq gizlənməyə müvəffəq olublar.
Amma sonradan Odessa şəhərinin kənarında keçirilən xüsusi əməliyyat çərçivəsində onlar “7-ci km” sənaye malları bazarı ərazsində, gizləndikləri binanın damında saxlanılıblar. Şübhəlilərin hər üçü azərbaycanlıdır.
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
Mən kədərlənən gənclərə müraciət etmək istəyirəm ki, parlamentin qapılarını tərk edin, daha orada heç nə baş vermir, bu qanun artıq...