Kiyev şəhərinin yaxınlığında yerləşən Kraçki kəndində neft bazasının 7 çənində yanğın başlayıb.
Virtualaz.org bildirir ki, bu haqda məlumatı “korrespondent” saytı Ukrayna Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yayıb.
Yanğının söndürülməsinə 45 yanğınsöndürən maşın və 218 nəfər cəlb edilib.
Son məlumata görə yanğın artıq 17 çəni əhatə edib.
Ukrayna KİV-i xəbər verir ki, yanğını söndürmək üçün hazırda heç bir tədbir görülmür. Buna səbəb isə yanğın baş verən əraziyə yaxınlaşmağın mümkünsüz olmasıdır. Yanğının qonşu neft bazasının çənlərinə yayılması təhlükəsi var. Həmin çənlərin hər birində isə 5 min tona yaxın yanacaq olduğu bildirilir.
Daha əvvəl yanğında 1 nəfərin öldüyü, 5 nəfərin isə ağır yaralandığı deyilirdi.
Ölkənin daxili işlər nazirinin verdiyi məlumata görə, hazırda əraziyə Mill Qvardiya cəlb olunub.
Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkəsi hesabında...
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Elchi.az-ın məlumatına görə, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Noyabrın 8-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və...
Son şərhlər