"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ukraynada Konstitusiya dəyişikliyi: alqışlar, etirazlar, tökülən qan – ŞƏRH

02 Sentyabr 2015 - 18:27
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Ukrayna Qərblə Rusiyanın siyasi, geopolitik maraqlarının bazarlığı predmetinə çevrilibAvropanın şərqində, Ukraynada silahlı toqquşma davam edir. Bu ölkənin ərazisi işğal olunub, şərqində isə hər gün atəş səsləri eşidilir.

İki gün əvvəl Ukrayna parlamenti desentralizasiya ilə bağlı ölkə Konstitusiyasına təklif olunan dəyişikliklər haqqında layihəni birinci oxunuşda qəbul edib. Buna etiraz edən bir qrup şəxs parlamentin binası qarşısında aksiya keçirib. Həmin mitinqdə güc qurumlarının yüzdən artıq əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. İki asayiş keşikçisinin həyatının itirdiyi haqda xəbər yayılıb. Ölkənin rəsmi şəxsləri onlardan birinin ürəyindən güllə ilə vurulduğunu deyib. Aksiya keçirilən yerdə partlayıcı paketlər, hətta qumbara belə partladılıb.

ABŞ Konstitusiya dəyişikliyini alqışlayaraq parlamentin binası qarşısında iğtişaş törədənləri məsuliyyətə cəlb etməyə çağırıb.

Avropa Parlamenti Ukrayna üçün “vacib bir gün”də Ali Radanın binası yaxınlığında baş verən zorakılıqdan təəssüfləndiyini bildirib.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Federika Mogerini isə baş verənlərə belə münasibət bildirib: “Bu prosesə zorakılıq təsir etməməlidir”. Onun sözlərinə görə, Ali Radanın binası yaxınlığında baş verən hadisə çox narahatedicidir.

Avropa Şurasının baş katibi Turbyörn Yaqland da dəyişikliyi alqışlayıb. O, Ukraynada islahatlar prosesinin davam etməsinin vacibliyini də bildirib.

Qeyd edək ki, desentralizasiya haqda dəyişiklik təşəbbüsü ölkə prezidenti Pyotr Poroşenkoya məxsusdur. Parlamentdə deputatların 265-i sənədin lehinə, 87-si isə əleyhinə səs verib. Layihənin qəbul edilməsi üçün 226 səs kifayət idi.

Ali Radanın binası qarşısında aksiya keçirənlər mərkəzdən aralanmaq, asılılığın azalması kimi anlaşılan desentralizasiyaya qarşı çıxıblar. Onlar bu dəyişikliyin Ukraynanın unitarlığına zərbə vuracağını bildiriblər. Çünki bu dəyişiklik vilayətlərin səlahiyyətlərinin genişləndirilməsinə xidmət edəcək.

Ukraynanın şərqində ölkənin ərazi bütövlüyünü pozanlar da bu dəyişikliyə qarşı çıxıb. Rəsmi Moskva isə bu sənədə hələ münasibət bildirməyib.

Ukraynanın ərazisi ilhaq edilib, bir hissəsində də terrorçular “respublikalar” elan ediblər. Bu hadisələrin baş verməsindən ilyarım ötüb. Ərazisi parçalanan və əhalisi silahlı qarşıdurmanın qurbanı olan Ukrayna Qərblə Rusiyanın siyasi, geopolitik maraqlarının bazarlığı predmetinə çevrilib.

Ukrayna prezidenti bir neçə ay öncə vilayətlərin səlahiyyətlərinin genişləndirilməsi haqda danışarkən Krımdan əl çəkməyəcəklərini də vurğulamışdı. Bu baxımdan ehtimal etmək olar ki, rəsmi Kiyev ölkənin ərazi bütövlüyünü Qərb və Rusiyanın maraqlarına qurban vermək niyyətində deyil.

Digər tərəfdən, Kremlə qarşı sanksiyaların sərtləşəcəyi haqda bəyanatlar verilməkdədir. Odur ki, Moskvanın Əsas Qanuna dəyişikliklə “aldanacağı” ağlabatan görünmür.

Ukrayna Konstitusiyasındakı dəyişikliyi bu yaxınlarda keçiriləcəyi ehtimal edilən “Normand dördlüyü” sammitinə hazırlıq kimi də qiymətləndirmək olar. Başqa sözlə, Ukrayna və Avropa həmin görüşə “əliboş” getmədiyini nümayiş etdirir.

Bəs Rusiya? Heç şübhəsiz, Moskvanın ötən gün Ukraynada baş verənlərə həvəssiz yanaşması dəyişikliyin də ürəyincə olmadığını ehtimal etməyə əsas verir.

Rusiya və Qərb anlaşmadığından, Ukraynada yaranmış və yaradılmış problemlər hələ də gerçək həllini tapmayıb. Odur ki, Konstitusiya dəyişikliyinin tərəflər arasında müzakirəsindən sonra atılacaq addımların daha təsiredici olacağı istisna edilmir.

Kiyevdə Maydan hərəkatının ikinci ilinin tamam olmasına az qalmış yenə qan axdı. Bu dəfə Ukraynada Konstitusiyaya dəyişikliklə bağlı kimin törətməsindən asılı olmayaraq dövləti qoruyanların qanı töküldü…

Sədrəddin Soltan REPORT.AZ

Previous Post

Ukraynada Konstitusiya dəyişikliyi: alqışlar, etirazlar, tökülən qan – ŞƏRH

Next Post

Azərbaycanda bir neçə icra başçısı dəyişdirilib – YENİLƏNİB

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Azərbaycanda bir neçə icra başçısı dəyişdirilib - YENİLƏNİB

Azərbaycanda bir neçə icra başçısı dəyişdirilib - YENİLƏNİB

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.