Onlar Ukrayna Silahlı Qüvvələrinin 49-cu batalyonunda xidmət ediblər.
Elchi.az xəbər verir ki, Cənubi Amerika Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukraynada döyüşlər zamanı iki Kolumbiyalı vətəndaş həlak olub. Onlar Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşlərdə iştirak ediblər.
“Kolumbiyanın iki vətəndaşı 2022-ci ilin dekabrından Ukraynadadır və Ukrayna ordusunun 49-cu piyada batalyonunda xidmət edir. Vətəndaşlar yanvarın 18-də döyüşlərdə həlak olublar”, – Kolumbiya Xarici İşlər Nazirliyinin saytında deyilir.
Kolumbiyanın Polşadakı səfirliyi ölən muzdluların həyat yoldaşları ilə əlaqə yaradıb, onlara cəsədlərin repatriasiyası prosedurunun başlanması barədə məlumat verib. Bununla belə, qadınlar hələ də ərlərinin ölümü ilə bağlı sübut əldə etməyiblər, hesabatda deyilir.
Xatırladaq ki, ötən ilin noyabrında Ukraynada gedən döyüşlər zamanı Kanadadan olan muzdlu hərbçinin ölməsi barədə məlumat yayılmışdı.
Şayəstə