“Report” yerli mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna Dövlət Sərhəd Xidməti rəhbərinin birinci müavini Vasili Servatük deyib.
“Ukraya vətəndaşları əvvəlki kimi, dövlət sərhədini, həmçinin giriş-çıxış nöqtələrini və ətraf mühitin mühafizəsi sahəsindəki demarkasiya xəttini sərbəst şəkildə keçə bilərlər”, – deyə o əlavə edib.
Eyni zamanda Servatük qeyd edib ki, sərhədçilər “risk qrupuna daxil olan şəxslər”ə xüsusi diqqət yetirirlər, həmçinin nəqliyyat vasitələrini daha diqqətlə yoxlayırlar.
Bundan əvvəl Azov dənizində Rusiya ilə yaşanmış hadisə səbəbindən Ukraynada hərbi vəziyyət elan olunub.
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
Yeni Kaledoniyada etirazlar başlayandan bəri 163 nəfər saxlanılıb. Elchi.az xəbər verir ki, bu barədə prokuror İv Düpua “Outre-mer La Premiere”...