“Amerikalı həmkarım və böyük dostum Ostin ilə Şanqri-La Dialoq Sammitində görüşməyimə şad oldum”.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov Tvitter hesabında yazıb.
“Ukrayna-Amerika tərəfdaşlığı güclüdür. Biz Ukraynanın qələbəsini və Avropada sülhün bərpasını təmin etmək üçün çalışmaqda davam edəcəyik”, – deyə ukraynalı nazir yazıb.
Qeyd edək ki, sammit Sinqapurda keçirilir.
Yeganə