APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu qrup iştirakçılarından biri, Ukraynanın sabiq prezidenti Leonid Kuçma bəyan edib.
“Danışıqların növbəti raundu gələn həftə Minskdə baş tutmalıdır”, deyə Kuçma bildirib.
Xatırladaq ki, sentyabrın 5-də Minskdə Ukrayna hökuməti ilə ölkənin şərqindəki separatçı qüvvələr arasında atəşkəs haqqında protokol imzalanıb, 12 bənddən ibarət sülh razılaşması qəbul edilib.