Ukrayna üzrə Ramşteyn formatında yeni görüşün keçiriləcəyi açıqlanıb

116

Sentyabrın 19-da Almaniyanın Ramşteyn aviabazasında Ramşteyn formatında Ukraynaya hərbi yardım üzrə təmas qrupunun beşinci iclası keçiriləcək.
Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Pentaqonun rəhbəri Lloyd Ostin Ukrayna üzrə qondarma təmas qrupunu Reynland-Pfalts federal əyalətindəki Ramşteyn Hərbi Hava Qüvvələri bazasında növbəti görüşə dəvət edib. Əvvəlki görüşlərdə olduğu kimi, NATO üzvü olmayan ölkələr də dəvət olunur.
Təmas qrupunun qeyri-rəsmi adı 2022-ci ilin aprelində Kiyevə hərbi yardımla bağlı ilk iclasın keçirildiyi Almaniyadakı Amerikanın Ramşteyn aviabazası ilə bağlıdır. Bundan əvvəlki görüş iyulun 18-də onlayn formatda baş tutub.

Nuranə Məmmədova