Ukrayna üzrə beynəlxalq təmas qrupu atəşkəsin şərtlərini açıqlayıb

🗓 01.08.2014 01:06 ✍️ "Elçi" qəzeti
Ukrayna üzrə beynəlxalq təmas qrupunun nümayəndələri ölkənin şərqində atəşkəsin şərtlərini açıqlayıb.img1611480
APA-nın məlumatına görə, bu barədə ATƏT-in rəsmi saytında bildirilir.
İlk addım kimi, qrupun nümayəndələri girovların azad edilməsi və Ukrayna-Rusiya sərhədinin möhkəmləndirilməsini qeyd ediblər.
Həmçinin, Rusiya, Ukrayna, qondarma "Donetsk xalq respublikası" və ATƏT nümayəndələrinin görüşündə ATƏT missiyasının Malayziyaya məxsus təyyarənin qəzaya uğraması ərazisində hərbi əməliyyatların dayandırılmasına dair qərar qəbul olunub.

Bənzər yazılar