Ukrayna İsveçin “Stridsfordon 90” (Strf 90) piyada döyüş maşınlarını alıb.
Elchi.az Focus.ua-ya istinadən xəbər verir ki, bu barədə iyulun 7-də Ukraynanın müdafiə naziri Aleksey Reznikov özünün Tvitter mikrobloqunda məlumat verib.
“Strf 90 maşınları Ukraynadadır və döyüşə hazırdır. Ən yaxşı maşınlar ən yaxşı döyüşçülər üçündür”, – deyə Ukraynanın müdafiə naziri bildirib.
Reznikov təhvil verilən hərbi texnikaya görə İsveçin müdafiə naziri Paul Junssona və bütün İsveç xalqına təşəkkür edib.
“Bizim ümumi rənglərimiz mavi və sarıdır. Bizim ümumi dəyərlərimiz azadlıq və demokratiyadır. Bizim ümumi məqsədlərimiz qələbə və ədalətdir”, – deyə Rezniko yazıb.
Yeganə