Ukrayna Silahlı Qüvvələrinə təhvil verilən silahlar terrorçuların əlinə keçə bilər – Kotre

70

Alman siyasətçi Kotre xəbərdarlıq edib ki, Ukrayna Silahlı Qüvvələrinə təhvil verilən silahlar terrorçuların əlinə keçə bilər.
Elchi.az xəbər verir ki, Ukraynaya göndərilən silahlar münaqişə bitdikdən sonra başqa bölgələrdə də terrorçularla nəticələnə bilər. Bunu Almaniya parlamentinin “Almaniya üçün Alternativ” partiyasından olan üzvü Şteffen Kotre deyib, onun müraciəti fevralın 23-də fraksiya saytında dərc olunub.
“Hökumətin özü bəyan edir ki, Ukrayna ərazisindən silah, sursat və ya partlayıcı maddələrin Avropa İttifaqına və Almaniyaya daxil olması təhlükəsi var”, – deputat bildirib.
O, Berlinin Kiyev rejimi ilə silahların qaytarılması mexanizminin yaradılması ilə bağlı dialoq qurmamasına diqqət çəkib. Onun fikrincə, bu cür məsuliyyətsizlik silahın terrorçuların əlinə keçməsinə və ondan Avropa İttifaqı (Aİ) ərazisində istifadə edə biləcəklərinə gətirib çıxaracaq.
Deputat xatırladıb ki, Ukrayna ilə sərhəd olmadığına görə, insanların Aİ-yə daxil olması və ya malların idxalı zamanı alman gömrüyünə birbaşa nəzarət imkanları məhduddur.
“Ukraynaya silah tədarükü gözlənilməz nəticələri olan kobud səhvdir və bu, nəinki münaqişənin sona çatmasına gətirib çıxarmayacaq, həm də onu uzadacaq”, – almaniyalı deputat əlavə edib.

Şayəstə