Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

🗓 06.05.2024 10:58 ✍️ "Elçi" qəzeti
Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, "Aqro-Belqorye" donuzçuluq kompleksinin işçilərini daşıyan avtomobillər hədəf alınıb, nəticədə 6 nəfər ölüb, 35 nəfər yaralanıb. Məlumata görə, xəsarət alanlardan ikisi uşaqdır. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Vurğulanıb ki, Rusiya İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələrinin Belqoroda hücum faktını araşdıracaq: “Rusiya İstintaq Komitəsi hadisənin bütün şəraitini və bu cinayətin törədilməsində iştirak edən şəxsləri müəyyənləşdirəcək”.
Havar Şəfiyeva

Bənzər yazılar