İlkin məlumatlara görə, Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə endirdiyi hava hücumu nəticəsində 8 nəfər ölüb, 33 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko sosial media hesabında Rusiyanın paytaxta raket hücumu etdiyini bildirib.
Kliçko şəhərin müxtəlif rayonlarında ziyanın olduğunu bildirərək “Solomyansk rayonundakı uşaq xəstəxanası binasına ziyan dəyib” deyib.
Kliçko ilkin məlumatlara görə, hücum nəticəsində 8 nəfərin həyatını itirdiyini və 33 nəfərin yaralandığını bildirib.
Ukrayna Dövlət Təcili Xidmətlərinin (DSNS) açıqlamasında şəhərin Sviyatoşinski, Darnitski və Solomyansk rayonlarında axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bildirilib.
Bəyanatda həmçinin Rusiya ordusunun Ukraynanın Jitomir bölgəsinə hücum etdiyi və nəticədə 2 nəfərin öldüyü, 40 nəfərin yaralandığı bildirilib. Bəyanatda hücum nəticəsində bölgədəki polis bölməsində yanğın baş verdiyi də əlavə edilib.
Şayəstə





















