Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində bildirilib.
Bildirilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 970 tankı, 2389 zirehli döyüş maşını, 431 artilleriya sistemi, 151 reaktiv yaylım atəşi sistemi, 72 havadan müdafiə sistemi, 187 hərbi təyyarəsi, 155 helikopteri, 1688 avtomobil texnikası, 8 gəmi/kateri, 76 yanacaq çəni, 215 dronu, 4 OTRK/TRK/ mobil SRBM sistemi, 31 xüsusi avadanlığı məhv edilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 22 800-ə yaxın canlı qüvvəsini itirdiyini bəyan edib.
NATO-nun beş ölkəsi Latviyada hava hücumundan müdafiə təlimləri keçirib
NATO ölkələri Latviyada "Baltik Zenit 2026" hava hücumundan müdafiə təlimi keçirib. Elchi.az xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyi...





















Son şərhlər