Ukrayna Rusiyanın Nijnekamsk şəhərinə dron hücumu etdi. Hücumda 12 nəfər ölüb, 39 nəfər yaralanıb. Həmçinin TANECO neft emalı zavoduna zərbə endirildiyi iddia edildi.
Elchi.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasındakı müharibədə ölənlərin sayı artmaqda davam edir. Ukrayna Rusiyanın tərkibində muxtar respublika olan Tatarıstan Respublikasının Nijnekamsk şəhərinə dron hücumu etdi.
Nijnekamsk meri Radmir Belyayev Ukraynanın şəhərdəki sənaye obyektlərini və yaşayış sahələrini hədəf aldığını bildirib və hücumda 12 nəfərin öldüyünü, 39 nəfərin yaralandığını əlavə edib. Belyayev Tatarıstan prezidenti Rüstəm Minnixanovun Ukrayna hücumundan sonra matəm elan etdiyini bildirib.
Rusiya mediasının verdiyi xəbərlərdə iddia olunur ki, hücumda Tatneft şirkətinə məxsus və Rusiyanın ən texnoloji cəhətdən inkişaf etmiş neft emalı zavodlarından biri kimi tanınan TANECO neft emalı zavoduna da zərbə endirilib. Sözügedən neft emalı zavoduna ötən ilin iyun ayında Ukrayna zərbə endirib.
Ukrayna həmçinin ticarət mərkəzinə zərbə endirib
Ukrayna həmçinin 2014-cü ildə Rusiya qüvvələri tərəfindən ələ keçirilən Donetsk əyalətinin Makievka şəhərindəki əvvəllər Episentr kimi tanınan Qalaktika Ticarət Mərkəzinə də zərbə endirib. Ticarət mərkəzində yanğın baş verib.
Şayəstə





















