Kiyevdən gələn iddialara görə, Rusiya Ukraynada işğal etdiyi bölgələrdə Starlink peyk internet xidmətindən istifadə edir.
Elchi.az xəbər verir ki, sözügedən iddia ilə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin mətbuat katibi Andrey Yusov çıxış edib.
Rusiyanın 83-cü Hava Hücum Briqadasının Klişçiivka və Andriivka şəhərləri yaxınlığındakı bölmələrinin bu terminallardan istifadə etdiyi iddia edilib .
Rusiya Müdafiə Nazirliyi hələlik bu iddialarla bağlı açıqlama verməyib.
Starlink rəsmiləri Rusiya hökuməti və ordusu ilə əməkdaşlıq etmədiklərini bildirirlər.
Nuranə Məmmədova