“Ukrayna ordusu Belqorod şəhərini (Rusiya şəhəri) vurur, alqış tutursan, amma Azərbaycan təxribata cavab olaraq Ermənistanın üzərinə gedir bunu təcavüzkar adlandırırsan? Bu hansı məntiqdir? Bu nə deməkdir?”.
Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Rusif Məmmədsoy FB hesabında söyləyib:
“Əlbəttə ki, mən də Ukraynanı dəstəkləyirəm və Rusiyanın bu savaşda məhvini arzulayıram, amma məni düşündürən əsas məsələ Azərbaycanın ərazi bütövlüyüdür. Daha dəqiq ifadə etsəm adekvat mövqe sərgiləyirəm.
Digər tərəfdən həmin Ermənistandır ki, Azərbaycanın şəhərlərini raketlərlə vururdu və körpə balalarımız Şəhid olurdu. Hər şeyi qoyduq bir kənara. Azərbaycan kimə təcavüz edib? Ortada sərhəd var? Varsa bu nəyin davasıdır. Allahın Rusiyası deyir ki, (hansı ki, mən bu ölkəni Azərbaycanın ən böyük düşməni hesab edirəm) ortada sərhəd xətti yoxdur deyə KTMT prosesə cəlb oluna bilməz. Amma biz deyirik ki, yox e Azərbaycan təcavüz edib.
Lap bunu da qoyduq kənara. Mən hər zaman bu fikri müdafiə edirəm ki, Azərbaycan ictimaiyyəti, Azərbaycan media mənsubları və publik şəxslər Ermənistana qarşı ərazi iddiasında olmalıdır. Yenə qeyd edirəm, dövlət başçısı səviyyəsində yox a, daha alt qatlarda bu fikir səslənməlidir. Çünki, şərait bunu tələb edir. Və yaxud da ölkə başçısı deyir ki, əgər Ermənistan bizim ərazi bütövlüyümüzə hörmət etməsə biz də etməyəcəyik. Daha bundan artıq nə desin? Dediyim odur ki, bu fikri inkişaf etdirmək lazımdır”.
Yeganə