Saziş Zelenskinin Polşaya rəsmi səfəri zamanı imzalanıb.
Elchi.az xəbər verir ki, Varşava və Kiyev 125 millimetr kalibrli tank mərmilərinin birgə istehsalı haqqında razılığa gəliblər.
Cümə axşamı, aprelin 6-da belə bir bəyanatla Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin bildirib ki, bu saziş ötən çərşənbə, aprelin 5-də Ukrayna prezidenti Vladimir Zelenskinin Polşaya səfəri zamanı imzalanıb.
“Dünən Ukrayna prezidentinin Polşaya rəsmi səfəri zamanı Ukrayna dövlət holdinqinin baş direktoru və Polşa istehsalçısının rəhbərliyi müvafiq memorandum imzalayıblar”, – deyə departament rəhbəri öz Telegram kanalında yazıb.
Kamışin Ukraynanın Strateji Sənaye Nazirliyinin əsas vəzifəsini “həm Ukrayna müəssisələri, həm də xarici tərəfdaşlarla birlikdə” sursat istehsalını artırmaq adlandırıb.
Xatırladaq ki, Varşavaya səfəri zamanı Ukrayna lideri söz vermişdi ki, tezliklə Ukrayna ilə Polşa arasında bütün sərhədlər – iqtisadi, siyasi, həmçinin tarixi – silinəcək.
Nuranə