APA-nın Ukrayna xəbər saytlarına istinadən verdiyi məlumata görə, layihələr parlamentin qapalı iclasında müzakirə olunub.
Müzakirə nəticəsində Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarına (hazırda separatçıların nəzarətində olan ərazilər) yerli idarəetmə ilə bağlı 3 il müddətinə xüsusi statusun verilməsi haqqında qanun layihəsi 277 səs, ölkənin şərqindəki hadisələrin iştirakçılarına amnistiya barədə qanun layihəsi isə 287 səslə qəbul edilib.
Qeyd edək ki, bu qanun layihələri Ukrayna tərəfinin ölkənin şərqindəki münaqişə bağlı Rusiyaya güzəştləri kimi qiymətləndirilir.